DİQQƏT! Bitcoin 5 min dollaradək ucuzlaşacaq

14 İyun 2018

Hər gün Bitcoin və digər kriptovalyutaların qiymətləri ilə bağlı yeni fikirlər ortaya çıxır. “CNBC Afrika” kanalındakı “Crpyto Trader” proqramının aparıcısı Ran Neu-Ner Bitcoin haqqında bunları bildirib:

“Aşağı enməyə davam edirik və yeni aşağı müqavimət səviyyələrini sınaqdan keçiririk. Sonrakı nöqtə 6250 dollardır. Bundan da aşağı ensə, 5900 dollar test ediləcək”.

Mədənçilərin baxması lazım olduğu əhəmiyyətli səviyyənin 5000 dollar olacağını söyləyən Neu-Ner, bu qiymətə çatdıqda kriptovalyutanız üçün mənfəət sahibi olub olmadığınızı aydınlaşdırmağa başlaya biləcəyinizi qeyd edib. Əgər yüksəliş meyli olmasa, mədənçilikdə fərqli oyun görə biləcəyimizi iddia edir.

“Fundstrat Global Advisors”-un təsisçilərindən olan Tom Linin fikrincə, Bitcoin bu il 25 min dollara yüksələcək.

Bitcoin üçün ilin ilk yarısı çətin keçdi. Hazırda 6508 dollara əməliyyat görən Bitcoin son 24 saatda 4.55% dəyər itirib.

Neu-Nerə görə kriptovalyuta sənayesi hələ iməkləmə mərhələsindədir və bu tərz şeylər gözlənildiyi kimi dayanır. Bazar həcminin yanvar ayının əvvəlində 830 milyard dollardan eniş ilə 275 milyard dollar səviyyəsinə düşməsinə baxmayaraq, bazarla bağlı müsbət fikirdə olan Neu-Ner gələcəkdə bazarın 20 trilyon dollara çata biləcəyini söyləyir.

Bitcoin almaq üçün yaxşı vaxtdır

Əgər tacirlər üç-beş il kimi uzunmüddətli dəyərlər ilə maraqlanırsa, qiymətlərin belə aşağı olmasıyla bazara girməyin əsl vaxtının olduğunu bildirən Neu-Ner aşağıdakıları deyib:

“20, 30, 40 və ya 50-yə gedə bilər. O vaxt kimsə 5 və ya 6-dan alıb almadığınıza əhəmiyyət verməz”.

Mütəxəssis Bitcoin almaq üçün ideal vaxtın olduğunu düşünür.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.