Bitcoin ilə bağlı ciddi problem – Mərkəzləşdirildimi?

14 İyun 2018

Mərkəziyyətçilik (mərkəziyyətsizlik) kriptovalyutaların dünya səviyyəsində qəbul edilməsini təmin edən ən əhəmiyyətli xüsusiyyətdir. Eyni zamanda, mərkəziyyətsizlik ilk dəə Bitcoin-in ortaya qoyduğu və tətbiq etdiyi, daha sonra isə bütün kriptovalyutaların mənimsədiyi bir fəlsəfədir. Bitcoin mərkəzləşdirildimi?

Bitcoin mərkəzləşdirildimi?

Ancaq statistikaya baxdığımızda, bir çox kriptovalyutanın dövriyyədə olan miqdarının əksər hissəsinin az adamın əlində cəmləşdiyini görürük. “Finance Magnates” tərəfindən hazırlanan hesabat da bunu təsdiq edir. Hesabata görə, sayları 1%-dən az Bitcoin investorları ümumi aktivin 35%-nə nəzarət edir. Bu da Bitcoin-in mərkəzləşdirilmiş olduğu haqda fikirləri meydana gətirir. Hesabatda bunlar öz əksini tapıb:

“BitInfoCharts”-ın məlumatına görə, Bitcoin saxlayan 11 milyon hesab var. Onlardan yalnız 1000-i Bazardakı Bitcoin-in 35,4%-nə nəzarət edir. Bunların içindəki ən böyük 10 hesab isə BTC bazarının 5,96%-nə sahibdir”.

Bu nə anlama gəlir?

Bu, həmin 1%-lik təbəqənin şəbəkəni öz lehlərinə dəyişdirə biləcək gücə sahib olmaları deməkdir. Mərkəzi nüfuzu təmsil edən bir hökumətin və ya bir bankın a edə biləcəyi kimi varlığın dəyərini birinci əldən təsir edəcək siyasət dəyişikliklərinə gedə bilər. Yəni, əgər mərkəziyyətsizlik təməl siyasəti dəyişdirə biləcək bir gücün olmamasıdırsa, Bitcoin heç də mərkəzsiz deyil.

Niyə investorlar öz güclərindən sui-istifadə edə bilərlər?

İnvestorlar dəyərləri bilvasitə olaraq istədikləri nöqtəyə nizamlama qabiliyyətinə malikdirsə, niyə bundan faydalanmaq istəməsinlər? “Finance Magnates”-in hesabatında mövzuyla bağlı aşağıdakılar öz əksini tapıb:

“Praktik mənada bu mərkəzləşmə səviyyəsi böyük miqdarda BTC sahib olanların BTC-nin bazar dəyəri üzərində nəzarətə malik olmaları anlamına gəlir. Əgər bir və ya daha artıq şəxs tez müddətdə aktiblərini satmaq istəsələr, BTC-nin qiymətinə təsir edə bilərlər. Daha kiçik investorlar isə yaşanan çaxnaşma dalğasıyla aktivlərini aşağı qiymətə əldən verdiklərində “balina”lar onları satın alır. Bu, belə də davam edir”.

Əsl problem “mərkəziyyətsiz” sözünün mənasındadır

Bu investorların belə imkanlardan sui-istifadə etməyəcəklərinə inansaq da, bunu edə biləcək gücə sahibdirlər. Əhəmiyyətli olan bu gücün olduğunu görməkdir. Bu problem Bitcoin-in səhvi deyil. Əsl problem “mərkəziyyətsiz” sözünün mənasındadır. Bu cür hesabatlar Blockchain texnologiyası ilə yaradılmağa çalışılan yeni texnoloji infrastrukturun bizə izah edildiyi qədər şəffaf və problemlərdən təmizlənmiş olmadığını göstərir.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.