Bu gün Ethereum-un qiymətində nələr yaşandı?

14 İyun 2018

– ETH-in qiyməti dollar qarşısında dəyər itirir, 440 dollara qədər eniş yaşanıb.

– ETH/USD saatlıq qrafikinə baxdıqda, 480 dollardan aşağı bir eniş kanalı var.

– Cütlük yuxarı yönlü düzəlişə cəhd edir, bu hərəkət 490 və 500 dollarlıq müqavimət səviyyələrini sınaqdan keçirə bilər.

– Ethereum-un qiymətinin dollar və Bitcoin qarşısında enişdə olduğunu görürük. ETH/USD yuxarı istiqamətli düzəliş göstərə bilər, lakin 490 dollar səviyyəsi ether üçün çox kritik bir əyri kimi görünür.

14 iyun Ethereum-un qiyməti ilə bağlı müqavimət səviyyələri

Ethereum-un qiyməti növbə ilə 480, 460 və 450 dollar dəstəklərini rahatlıqla keçdi. 446 dollar səviyyəsində isə alıcı tapdı. Sonra yenidən 460 dollara qədər yüksəldi. Son enişə görə 545 və 446 dollar səviyyələri arasında müəyyənləşən Fibonaççi düzəliş səviyyələrindən fib 23,6 səviyyəsində aşağı istiqamətli qırılma müşahidə edildi.

Lakin Ethereum-un qiyməti 490-500 dollar səviyyəsində ciddi çətinliklərlə üz-üzədir. ETH/USD saatlıq qrafikinə baxdıqda, 480 dollar müqavimətinin aşağısında bir eniş kanalının yarandığını söyləmək olar. Alıcıların qazanclara nəzarət etməsi üçün 500 dollardan yuxarı qiymət hərəkətlərinin görülməsindən ötrü 496 dollar müqavimətindən yuxarı günlük bağlanmalar görmək çox vacibdir.

Qrafikə baxdıqda, qısa müddətdə qiymətin 480 dollardan çox ola biləcəyini görürük. Ancaq 490-495 dollar həcmi ETH-in qarşıdakı günlərdə əhəmiyyətli nəticəsinə səbəb ola bilər.

Saatlıq qrafikdə MACD-a nəzarət edildikdə, bərpa istiqamətli alıcı bölgəsinə doğru hərəkətlər görülür. RSI isə yuxarı istiqamətli hərəkətlə 40 səviyyədən yuxarıdır.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.