“Binance” daha bir kriptovalyutanı platformasına əlavə etdi

15 İyun 2018

Məşhur kriptovalyuta birjası “Binance”-da əməliyyat görən kriptovalyutalara daha biri əlavə edilib. Ötən gün verilən açıqlamada Siacoin-in siyahıya alınacağı elan olunub. Bununla da “Binance”-ın dəstəklədiyi kriptovalyutaların sayı 354-ə çatıb.

Siacoin 3 əməliyyat cütü vasitəsilə platformaya əlavə edilib. Siacoin, SC/BNB, SC/Bitcoin və SC/Ethereum əməliyyat cütləri vasitəsilə hazır hala gətirilib.

“Binance”-ın bu siyahısı Siacoin üçün böyük bir uğurdur. Çünki “Cryptopia” birjası daha əvvəl Siacoin-i zəif əməliyyat həcminə əsasən platformadan çıxarmışdı. İlin düzəliş dalğasından təsirlənən Siacoin 89%-dən çox dəyər itirdi.

Siacoin “Binance”-a əlavə olunmasından sonra 8 saatda 20% dəyər qazanıb. Hazırda 0,0138 dollar civarındadır.

Siacoin-in qiymət performansına baxdıqda, ötən ayla müqayisədə bu ay 40% ucuzlaşma yaşanıb. Bu hadisənin Siacoin-i uzunmüddətli bir yüksəlişə aparıb aparmayacağı bilinmir, lakin hazırda canlanma müşahidə olunur.

Bulud şəbəkəsi saxlama platforması Siacoin qlobal məlumatları saxlamaq üçün ağıllı müqavilə protokollarını istifadə edir. İnsanlar istifadə etmədikləri sabit disklərini Siacoin qarşılığında icarəyə verə bilirlər.

2016-cı ildə hazırlanmış token kriptovalyutalar arasında 31-ci sırada yer alır.

Kateqoriya : Kriptovalyutalar, İlk addımlar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.