Bu açıqlamadan sonra Bitcoin və Ethereum-un qiyməti artdı

15 İyun 2018

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının Korporativ Maliyyə İdarəetmə rəhbəri Uilyam Hinman San-Fransiskoda “Yahoo Finance”-ın təşkil etdiyi “All Markets” tədbirinə qatılıb. Hinman açıqlamasında Bitcoin və Ethereum kimi kriptovalyutaların qiymətli kağız kimi təsnif edilə bilməyəcəyini bildirib. Hinmanın açıqlamasından sonra kriptovalyuta bazarında canlanma yaşanıb.

Kriptovalyuta bazarı və ICO-lara nəzarət etməkdə məsul olan Uilyam Hinman ICO-ların mərkəzləşdirmə faktorundan asılı olaraq qiymətli kağızlar kimi təsnif edilə biləcəyini söyləyib.

“Bu gün Ethereum-un əməliyyat mexanizmini araşdırdığımızda, yüksək səviyyədə mərkəzsizləşdirilmiş bir şəbəkə qarşımıza çıxır. Mərkəzləşdirilməyən şəbəkələr qiymətli kağızlar hesab edilə bilməz. Hazırkı vəziyyətdə Ethereum-u qiymətli kağız hesab etmək olmaz”.

Hinman bir kriptovalyutanın qiymətli kağız olub olmadığını qiymətləndirərkən nəzərə alınması lazım olan bəzi nöqtələrə də toxunub.

“İlk növbədə, bir kriptovalyutanın qiymətli kağız kimi təsnifatlaşdırılması üçün orada mənfəət qazanmağı məqsəd qoyan üçüncü şəxslərin olmaması gərəkdir. Bitcoin-in mərkəziyyətsiz şəbəkəsində üçüncü tərəf görmürəm. Bitcoin şəbəkəsi mərkəzsizləşdirilmiş kimi görünmür”.

ICO-lara da münasibət bildirən Hinman bəzi ICO-ların mərkəzsiz olduğunu, digərlərinin isə açıq şəkildə fırıldaqçılıq sxemləri olduğunu bildirib. Onun fikrincə, Bitcoin və Ethereum kimi şəbəkələrin mərkəzsizləşdirilmiş xarakteri qiymətli kağızların tərifinə uyğun gəlmir.

Bu açıqlamalardan sonra Bir saatda 350 dollar artıb. Ethereum isə 10% yüksəlişlə 522 dollara çatıb.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.