Bitcoin ilə bağlı vacib açıqlama: Eniş davam edəcəkmi?

16 İyun 2018

Bitcoin aşağı istiqamətli hərəkətini davam etdirir. Lider kriptovalyuta bəzi nöqtələrdə geri atıldı, lakin yenə enişdədir. Bitcoin son saatlarda 1,61% enişlə 6.504 dollara əməliyyat görür. Analitiklərə görə, Bitcoin-in qısa və uzunmüddətli perspektivi necədir?

Bəzi analitiklərə görə, Bitcoin-in qısa və uzunmüddətli perspektivi

Bir çox analitik Bitcoin-in ən son qiymət hərəkətlərinə fikirlərini bildirərək kriptovalyutanın ümumi istiqamətini təyin edib. Rəqəmsal pul investoru Marius Rupsis mövzuyla bağlı bunları bildirib:

“Bitcoin aşağı istiqamətli bir tendensiya göstərir. 20000 dollardan 6100 dollaradək təxminən 70% azalıb. Bu qədər ucuzlaşan hər hansı varlıq eniş tendensiyasında olacaq. Bu həftə də belə davam edəcək”.

“Mandala”-nın CEO-su Neyt Flanders isə bu fikirləri səsləndirib:

“Fevraldan bəri Bitcoin eniş tendensiyasına istiqamətlənib. Yəni, yüksək səviyyələrə çata bilməyib. İnvestorlar ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası səlahiyyətliləri tərəfindən Bitcoin və Ethereum-un qiymətli kağız olmadığı ilə bağlı açıqlamadan sonra daha diqqətli olmalıdırlar. Qanun böyük faktordur, insanlar özlərini daha rahat hiss edirlər”.

“Uzun perspektivli qrafiklərə baxdıqda, Bitcoin qətiliklə yüksəliş trendindədir”.

Neyt Flanders bazarla bağlı müsbət bir yanaşma təqdim edib. Bəzi analitiklər Bitcoin-in son enişlərinin yalnız rəqəmsal valyutanın kəskin bir rallinitəqib edən geri çəkilmə kimi xarakterizə edirlər. “eToro”-nun bazar analitiki Meti Qrinspan bunları qeyd edib:

“Uzun perspektivli qrafiklərə baxdıqda, Bitcoin-in yüksəliş trendində olduğunu görərik. urada gördüklərimiz hələ dekabr ayındakı rekorddan geri çəkilmə prosesidir”.

Kateqoriya : Kriptovalyutalar, Analiz
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.