Tanınmış milyarder çoxlu Bitcoin aldı: “Yüksələcək!”

16 İyun 2018

Milyarder sahibkar Tim Dreyper Bitcoin-in 2022-ci ildə 250 min dollara çatacağını proqnozlaşdırır. O, həm sektorun, həm də Bitcoin-in gələcəyini gördüyünü iddia edir. Tim Dreyper iyunun 12-də “TheStreet”-in reportajına qatılıb. Mütəxəssis çoxlu Bitcoin aldığını etiraf edib. Bitcoin-in qiyməti hazırda 2% artımla 6646 dollar civarındadır.

Milyarder çoxlu Bitcoin aldığını etiraf etdi

Dreyper kriptovalyutalar haqda ffikirlərini bildirib. O, 4 il ərzində Bitcoin-in 250 min dollara yüksələcəyini iddia edib. Dreyper kriptovalyutalar mövzusunda tənzimləmənin yenidən aparılmasının vacibliyini vurğulayıb. Müxtəlif dövlətlərin bu mövzuda rəqabətdə olduqlarını diqqətə çatdırıb.

Kriptovalyutaların böyük texnoloji inqilab olduğunu söyləyən milyarder gələcək 5-7 ildə kriptovalyutaların nominal pulların yerini alacağını proqnozlaşdırır. Tim Dreyper ayı bazarında daha çox Bitcoin aldığını bildirib. O, sözlərinə belə davam edib:

“Portfelimdə bir çox kriptovalyuta var, amma çoxu Bitcoin-dir. Kriptovalyutaların və Bitcoin-in gələcəyin pulları olduğunu hiss edirəm. Kağız pullar keçmişdə qaldı. Günlük işlərdə hələ də kağız pullardan istifadə edirəm. Ancaq bu, getdikcə dəyişəcək. Artıq mağazada kriptovalyuta ilə alış-veriş etmək istəyirəm”.

“Bitcoin mükəmməl xilaskar kimi ortaya çıxır”.

Tim Dreyper SEC-in rəhbəri Cey Kleytonun Bitcoin-in qiymətli kağız olmadığı ilə bağlı açıqlamasının sektora müsbət təsir etdiyini söyləyib.

Cey Kleyton Blockchain və paylanmış dəftər texnologiyası (DLT) haqda fikirlərini bildirmişdi. O, həmçinin Bitcoin-in qiymətli kağız olmadığını qeyd etmişdi. ICO-ların əksəriyyətinin isə qiymətli kağız olduğunu bildirərək ICO bazarının yaradılmasına cavab olaraq bir qiymətli kağızın dəyişdirilə bilməyəcəyini açıqlayıb.

Tim Dreyper həmçinin bunları vurğulayıb:

“Təhlükəsizlik kriptovalyutaların ən yaxşı xüsusiyyətlərindən biridir. Bitcoin-in Blockchain-i hücuma məruz qalmadı. Amma banklar daim hücum altındadır. Bitcoin insanların banka olan inamını itirməyə başladığı bir vaxtda mükəmməl bir xilaskar kimi ortaya çıxır”.

Kateqoriya : Kriptovalyutalar, İnvestisiya
Etiketlər : , , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.