Bitcoin əməliyyat xərcləri artdı: SƏBƏB?

21 İyun 2018

Bitcoin əməliyyat ödənişləri son 24 saat ərzində inanılmaz bir artım yaşayıb. Bu artımın Cənubi Koreyanın məşhur kriptovalyuta birjası “Bithumb”-un kiberhücuma məruz qalmasından sonra baş verdiyi deyilir.

Hücum zamanı 31.5 milyon dollarlıq kriptovalyuta oğurlanıb. “Bithumb” hücumdan sonra təhlükəsizliyin təmin edilməsi məqsədilə investorlara aid vəsaitləri soyuq cüzdaba daşıyıb.

Bitcoinfees.info-ya görə, mövcud Bitcoin əməliyyat haqqı 2,53 dollardır.

“Bitrefill”-in CEO-su Srgey Kotliar bu artımı kiberhücumla əlaqələndirib. Onun fikrincə, “Bithumb”-un isti cüzdanlardakı vəsaitləri soyuq cüzdanlara daşıması Bitcoin əməliyyat xərclərində inanılmaz yüksəliş yaradıb. Kotliar bunları qeyd edib:

“Bithumb”-un kiberhücuma məruz qalması Bitcoin əməliyyat ödənişlərindəki mövcud artımı açıqlayır. İsti cüzdandan soyuq cüzdana köçürülmə şəbəkəyə təxmin ediləndən daha çox gərginlik gətirir”.

Bitcoin əməliyyat ödənişləri ötən ilin dekabr ayı ilə bu ilin fevral ayı arasında sürətlə artmış və 50 dolllara çatmışdı.

“SegWit” və “Lightning Network” protokollarına keçid həm əməliyyat xərclərində, həm də əməliyyat müddətində əhəmiyyətli bir azalma ilə nəticələndi. 2017-ci ilin dekabrında 50 dollara çatan Bitcoin əməliyyat haqqı, 2018-ci ildə 1 dollardan aşağı düşdü. Kotliar bunun müvəqqəti olduğunu söyləyib:

“Ehtimal ki, iki gün ərzində əməliyyat ödənişləri ynidən normal hala qayıdacaq. Bu ötənilki artımdan fərqlidir”.

Bitcoin bu hadisədən sonra 200 dollar ucuzlaşdı və 6700 dollardan aşağı düşdü.

Kateqoriya : Kriptovalyutalar, Birjalar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.