AzCoin – istifadəyə verildi

Azcoin nedir
25 Oktyabr 2017

Qonşu dövlətlər öz kriptovalyutalarını necə yaratmaqları barədə düşündükləri bir zamanda Azərbaycan ilk milli kriptovalyutasını, AzCoin-i istifadəyə buraxdı.

Rəsmi veb səhifəsi: azcoin.az

AzCoin Nədir?

Söz ədəbiyyatda keçərlidir, burada rəqəmlər idarə edir…

“AzCoin” heç bir halda hazırda istifadədə olan kağız və dəmir naminallara alternativ deyil və tətbiqinə rəsmi dövlət səviyyəsində icazə verilməyənə qədər ödəniş vasitəsi və alqı-satqı predmeti kimi istifadə edilə bilməz. Bu elektron valyuta, yeni nəslin ödəniş vasitəsi rolunu oynayacaq. O ilkin mərhələdə klassik ödəniş vasitələri ilə paralel şəkildə tənzimlənir, cəmiyyətin sosial vəziyyətinə və inkişaf sürətinə uyğun olaraq təşəkkül tapır. AzCoin alqı-satqı və məişət tələbatlarının təmin edilməsi üçün tarixən istifadə olunmuş və olunan ödəniş vasitələrinin (barter üsulu, dəmir və kağız naminallar) keçdiyi ikişaf mərhələsində yeni səhifədir. Yaxın tarixə qədər: Simli telefon aparatı, Hesablayıcı abaküs, Yazı makinası istifadə etmiş dünya hal hazırda:Smartfonlara, Hesablayıcı elektron maşınlara(kalkulyator), Kompyuterlərə və bu kimi müassir texnologiyalara qədər inkişaf edibsə, deməli, növbəti mərhələdə də elektron valyutanı özünün tələbatına çevirməli idi. Artıq texnoloji proses email-ə, Mesenger-ə, WhatsApp-a qədər inkişaf mərhələsi keçib. AzCoin sistemi hazırki mərhələdə pilot layihə kimi işlənib və gələcəkdə tətbiqini mümkün edəcək alqoritmik ardıcıllıq, eləcə də digər zəruri texniki dəstək mexanizmləri ilə təmin olunur.

Məqsədimiz

Azərbaycanda ilk olaraq ən etibarlı və uğurlu milli kripto valyuta yaradılması üçün dayanıqlı baza formalaşdırmaq

Qloballaşan dünyada insanların rifahının yaxşılaşdırılması, yeni zamana sərhədsiz və məhdudiyyətsiz daxil olmaq, xidmətlərin ASANlaşdırılması, məişət sahəsində həyata keçirilən əməliyyatların sürətləndirilməsi, Azərbaycanda sərhədsiz elektron valyutan yaratmaq, Dövlət xərclərinin optimallaşdırılmasına yardım etmək, lokal və qlobal səviyyədə elektron, optik şəbəkələrdə ani saniyədə mübadilələr, bu sahədə fəaliyyət protokolarının texniki əsaslandırılması və standartlaşdırılması, müasir ödəniş sistemi, milli rəqəmsal valyuta üzrə gənc mütəxəssislərin yetişdirilməsi qarşımızda duran məqsədlərdəndir.

Kateqoriya : İlk addımlar, Kriptovalyutalar
Etiketlər : , ,