Bitcoin.org-un sahibi Segwit2x ilə bağlı təəccübləndirici şəkildi danışdı

bitcoin segwit2x
08 Noyabr 2017

Bitcoin.orgBitcointalk-un sahiblərindən biri olan Cobra, həftə sonunda yayımladığı yazıda təəccübləndiri bəyanatlar verdi.

Bitcoin cəmiyyətinin ən köhnə üzvlərindən biri olan Cobraya görə əgər Segwit2x kifayət qədər dəstək alarsa tərəflər birləşməli və “yıxılan” Bitcoin-i təkrar yaratmalıdılar. Yazıda yer alan ifadələrə görə:

“Əgər gözlənilməyən baş verərsə və 2x qazanarsa bu vəziyyət Bitcoin-in “dəyişdiyi” mənasına gəlməyəcək. Bitcoin-in müvəqqəti olaraq yox edildiyi mənasına gələcək və bizim onu təkrar yaratmağımız üçün birlikdə çalışmağımız lazımdır.”

“Təslim olmayacağıq və güzəştə getməyəcəyik. Yeni haçalanma yeni bir PoW (iş sübutu) alqoritması ilə gələcək amma biz normalda etdiyimiz işə davam edəcəyik.”

Əksər müəssisə və hüquqi şəxslər Segwit2x mövzusunda tamamilə zidd düçüncələr içərisindədirlər. Tərəflər 2x-i ya tam dəktəkləyirlər ya da qarşı çıxırlar. Cobra inadkar duruşu ilə 2x-ə qarşı çıxanlardandır.

Lakin standart bir haçalanma əleyhdarlarının Core zəncirini dəstəkləməsi gözlənilərkən, Cobra “gözlənilməyən” bir vəziyyət halında (2x-in dəstək alması) Core-u kənarlaşdıran bir vəziyyətdədir.

Cobra vəziyyəti belə ifadə edir:

“Bu noyabr kriptovalyuta bazarı və birjalar üç fərqli Bitcoin haçalanmasını dəstəkləməyə hazır olmalıdır. Əsl zəncir, 2x zənciri və daha yaxşı bir PoW’la birlikdə yeni bir Bitcoin zənciri. Yeni haçalanmanın PoW-u Bitcoin.org-da yayımlandığı an onu tam olaraq dəstəkləməyi və sonradan hash səviyyəsi əvvəlki vəziyyətinə qayıtsa belə onu əsl Bitcoin olaraq qəbul etməyi düşünürəm.”

Kateqoriya : İqtisadi, Kriptovalyutalar
Etiketlər : , ,