FED-in həyata keçirəcəyi faiz artımları Bitcoin-i “partladacaq”

Mourdoukoutas Bitcoin
08 Noyabr 2017

Yayılan bəzi xəbərlərə görə Bitcoin-in qiyməti bir neçə faiz artımı nəticəsində “dot-com şarı” kimi partlaya bilər.

Bitcoin ilə insanların gözündə hələdə “ödənişsiz valyuta” anlayışı yarana bilir. Forbes-a görə isə mərkəzi bankların edəcəyi faiz artımları bu, “fürsətçi” investorların üzərində bir təzyiq yaradaraq Bitcoin-in sönməsinə səbəb ola bilər.

Məqaləyə görə bir neçə faiz artımından sonra Bitcoin “şarı” partlaya bilər.

“Bitcoin-i erkən zamanlarda alan investorlar Bitcoin üzərindən milyonçu oldu” deyə bildirən Panos Mourdoukoutas:

“Lakin bu investorlar indiki bazarın sürətləndirilməsinin yoxa çıxması və əks yönə doğru getməsi halında qazandıqları milyonları, bəlkədə qazandıqlarından da artığını, qazandıqlarından daha sürətli bir şəkildə itirə bilərlər” dedi.

İnvestorlara olan “marj tələbləri” ilə faiz artımları birləşdiyində, dövlət valyutaları insanların gözünə daha yaxşı təsir bağışlayacaqdır.

Bunu da qeyd etmək lazımdır ki, Forbes bu məqaləni CME Group-un Bitcoin ilə əlaqədar xəbərdarlığından daha əvvəl yayımlamışdı.

CME-nin xəbərdarlığından sonra Bitcoin qiyməti sürətli bir yüksəlişə keçdi və rekord üzərinə rekord qırdı. Bəzi mənbələr CME-dən gələn bu xəbərdarlığın artıq Bitcoin-in Wall Street-də rəsmi olaraq tanındığının sübutu kimi şərh etdi.

Bitcoin nə vaxt düşəcək sualının cavabı isə Fed-in faiz artırmasında və Bitcoin-in sözdə “şar” olmasında yatır.

Mourdoukoutas son olaraq “2000-ci illərin əvvəllərində ‘dot-com’ şarının partlamasına səbəb olan şey bu idi” deyərək:

“Bitcoin investorları üçün gözəl olan xəbər isə Fed-in daha işin içinə girməmiş olmasıdır. Yəni ortada bir şar varsa belə, bu şar hal-hazırda ‘həssas nöqtədə’dir. Bu nöqtə ümumilikdə birinci və dördüncü faiz artımı arasındakı zamana təsadüf edir” deyə bildirdi.

Kateqoriya : Analiz, Kriptovalyutalar
Etiketlər : , ,