SON DƏQİQƏ: Bitcoin SegWit2x planı dayandırıldı!

Bitcoin segwit2x deadline
08 Noyabr 2017

Bitcoin-dəki müzakirəli hard forkun tənzimliyiciləri, əməliyyat yenilənməsi ilə blok həddini artırma cəhdini dayandırdılar.

Bitcoin start-up-larından və mədən hovuzlarından aldığı dəstək ilə bilinən SegWit2x planı, 494 min 784-cü blokda blok həddini artırmağı planlaşdırırdı. Planın 16 Noyabrda həyata keçirilməsi hədəfə alınmışdı.

Dayandırma qərarı bugün Bitcoin pulqabılarından BitGo-nun CEO və şərik qurucusu, eyni zamanda SegWit2x layihəsinin liderlərindən Mike Belshe tərəfindən açıqlandı. Mike Belshe, SegWit2x planının indi həyata keçirilə bilməyəcək qədər “müzakirəli” olduğunu söylədi.

Mike Belshe: “Təəssüflər ki, indi blok həddini sağlam bir şəkildə artırmağımızı təmin edəcək qədər həddə səs birliyini təmin edə bilmədik. Plana davam etməyimiz Bitcoin cəmiyyətini iki hissəyə bölə bilər və Bitcoin-in inkişafına mənfi təsir edə bilər. SegWit2x-in məqsədi əsla bu deyil.”

Buna əlavə olaraq Mike Belshe: “Kifayət qədər səs birliyi təmin olunana qədər blok həddini 2 MB-a çıxarmaq planımızı bildiririk” deyə açıqlama etdi.

Bu açıqlama planı ən başından bəri dəstəkləyən şirkət və şəxslər tərəfindən də dəstəkləndi. Bunların arasında Mike Belshe, Xapo CEO-su Wences Casares, mədən hovuzlarından Bitmain-in ortaq qurucusu Jihan Wu, Bloq CEO-su və ortaq qurucusu Jeff Garzik, Blockchain CEO və ortaq qurucusu Peter Smith və Shapeshift CEO-su və qurucusu Erik Voorhees yer alır.

Ayrıca bitcoinfoundation.org idarəçilərindən Charlie Shrem də mövzu haqqında bir tweet atdı.

Planın dəstəkçiləri, planı həyata keçirmək ümidlərini tamamilə itirmiş deyil. Kifayət qədər səs birliyi təmin olunması halında Segwit2x planının həyata keçmə ehtimalı hələdə mövcuddur.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : ,