Hindistan Dövlət Bankı Blockchain-dən istifadə edəcək

india blockchain
09 Noyabr 2017

Hindistan Dövlət Bankı (SBI), “Müştəri-Diaqnoz” protokollarının idarəsində Blockchain texnologiyasından istifadə edəcəyini bildirdi. Hind bankı Müştəri-Diaqnoz protokolları üçün ağıllı müqavilələrdən (smart contracts) istifadə edən bir blockchain şirkəti ilə şərik oldu.

Blockchain təməlli platform sayəsində SBI, əməliyyatların daha etibarlı bir vəziyyətə gəlməsini təmin etməklə yanaşı istifadəçilərin şəxsiyyətini də daha gizli saxlayacaq. Bu qərar ilə birlikdə Hindistan Dövlət Bankı da müştəri xidmətlərini daha yaxşı bir səviyyəyə gətirmək və xərcləri azaltmaq üçün Blockchain texnologiyasına keçmiş qurumlar arasına daxil oldu.

Blockchain-in banklara faydaları

2017-ci il, Noyabr ayının başlarındakı bir mətbuat açıqlamasında Primechain Technologies-in ortaq qurucusu, blockchain texnologiyasının bankçılıq sektorundakı faydalarından danışdı. Bunların arasında daha çox şəffaflıq, daha aşağı alt quruluş xərci və daha çox əməliyyat təhlükəsizliyi kimi xüsusiyyətlər yer alır:

“Blockchain-in banklara təmin edəcəyi ən vacib mənfəətlər arasında üst səviyyədə təhlükəsizlik, daha artıq şəffaflıq, alt quruluş xərclərinin azalması, nəzarət edilə bilmə yer alır.”

SBI uzun müddətdir ki, bunun izindədir

SBI uzun müddətdir ki, blockchain texnologiyasının dəstəkçilərindən biri və blockchain texnologiyası ilə əlaqədar layihələrə qatılırdı. Bank eyni zamanda BankChain adlı, bankçılıq sektorunda blockchain-in necə istifadə oluna biləcəyini araşdıran bir konsorsiumun qurucu üzvlərindəndir. Primechain Technologies də bu konsorsiumun üzvlərindən biridir.

Çıxan bəzi xəbərlərə görə, bankçılıq xidmətlərini daha da inkişaf etdirmək məqsədilə Hindistan Dövlət Bankı digər banklarla da iş birliyi qurmağı planlaşdırır.

Kateqoriya : İlk addımlar, İqtisadi
Etiketlər : , ,