Bitcoin-in dünya iqtisadiyyatındakı yeri açıqlandı

Jameson Lopp
09 Noyabr 2017

Blockchain təhlükəsizlik şirkəti BitGo-nun baş proqramçısı Jameson Lopp, Bitcoin-in indiki sirkulyasiyasındakı pul dəyəri baxımından Dünya iqtisadiyyatında 32-ci sırada yer aldığını hesabladı.

Lopp ölkələrdəki istifadəyə hazır valyutaların cəmini göstərən M1 İndeksinin bir nüsxəsini hazırlamışdır. Bu nüsxədə Bitcoin indiki bazar dəyərinə görə Sinqapur və Cənubi Amerikanın qarşısında, Finlandiya və Birləşmiş Ərəb Əmirliklərinin isə arxasında yer alır.

M1 indeksi, Dünyadakı demək olar ki, bütün ölkələrin dövriyyəsində olan fiziki və mədəni valyutalar ilə vətəndaşların bank hesablarında olan valyutaları toplayaraq yaradılan bir ölçü sistemidir. Lopp isə hazırladığı nüsxə sayəsində Bitcoin-in digər ölkələrə görə olduqca yüksək sıralarda olacağını kəşf etmişdir.

M1 indeksinin hesablanması

Ölkəmizdə sıx pul kütləsi olaraq da bilinən M1 indeksi, TL və ya USD kimi bir valyutaların qlobal dəyərini hesablamaq üçün istifadə olunur. Sıx pul kütləsi hesablanarkən dövriyyədə olan bütün pullar hesaba alınır. Kağız pullar, mədəni pullar, banklarda saxlanılan rəqəmsal pullar, hətta ölkənin mərkəzi bankına aid olan likid mal varlıqları belə hesaba alınır. Qısası, M1-in hesablanması üçün “Dövriyyədəki pul + müddətsiz deposit hesablarındakı pul” formulu tətbiq oluna bilər.

Bu hesablama standartdı və Bitcoin-in bazaar dəyərini nəzərə alan Lopp, nüsxəni yaratdığı zaman Bitcoin üçün 122,406,125,890 dollar kimi bir miqdar hesablamışdır. Lakin təbii ki, dalğalanmalar səbəbi ilə bu dəyər hər zaman sabit qalmır. Məsələn, Bitcoin ötən həftə 125 milyard dollar dəyərə çatdığında Finlandıyanı keçərək 31-ci sırada yer almışdı.

Partlayan böyümə həddləri

Bitcoin 7500 dollara qədər yüksəlməsi ilə birgə gözləntiləri aşmağa davam edir. Bu yüksəliş eyni zamanda bazaar dəyərində də inanılmaz bir genişləməyə səbəb olmuşdu. Bazar dəyəri artan Bitcoin, kriptovalyuta bazarına tam olaraq 60%-lik bir həddə hakim olmağa davam edir.

Bitcoin-in qiyməti və bazaar dəyəri, kriptovalyutanın cəmi dəyərini tapa bilmək üçün istifadə olunan əsas amillərdir. Lakin Lopp-un etdiyi kimi yaradılan qarşılaşdırma hesabları, Bitcoin-in nə qədər güclü olduğunu istifadəçilərə fərqli bir nöqteyi-nəzərdən göstərir.

Bitcoin-in gələcəkdəki istifadəsi

Bitcoin əslində həm bir valyuta, həm də bir mal varlığı arasında qalmış bir kriptovalyutadır. Bu səbəbdən bazarda uyğun bir istifadə sahəsi tapmaq bir qədər düşündürücü ola bilir. Lakin hər iki kateqoriya da fərqli sahələrdə inkişafın önünü açır.

Ötən zamanlarda, Dünyanın ən böyük hissə alqı-satqı platforması CME Group, Bitcoin futures razılaşmalarının il sonuna qədər istifadəyə veriləcəyini bildirmişdi. Bu açıqlama, səhm investorlarının diqqətini cəlb edərək Bitcoin-in dəyərini əhəmiyyətli ölçüdə artırmışdı.

Lakin Bitcoin ənənəvi bir mal varlığından daha çox likiditaya sahibdir. Tam da bu səbəbdən bu kriptovalyutanı digər ölkələrin valyutaları ilə qarşılaşdırmaq xeyli ədalətli sayıla bilər.

1 Trilyon sehrli bir say olacaq

Bitcoin-in bazar dəyərinin 2018-ci ildə tam olaraq 1 trilyonu keçəcəyi proqnozları hələdə forumlarda danışılmaqdadır. Bu qədər böyük bir yüksəlişin, Bitcoin-in digər kriptovalyutaları idarə etdiyi üçün sahib olduğu ad dəyərindən gələcəyini demək səhv olmazdı.

Buna əlavə olaraq əksər insan, Bitcoin-in 1 Yanvardakı 20 milyard dollardan 5 Noyabrdakı 126 milyard dollar bazaar dəyərinə çatmasını olduqca təsirli sayırlar. Lakin bazar dəyəri yüksəlməyə davam edərək 1 trilyon dollar çatarsa, bax o zaman həqiqətən də maliyyə sektorunda psixoloji bir təsir yarada bilər.

M1 indeksine qayıdacaq olarsaq, Bitcoin-in 1 trilyon dollarlıq bir bazar dəyəri indiki valyuta mübadiləsinə görə kriptovalyutanı tam olaraq 8-ci sıraya qoya bilər. 8-ci sıra isə hal-hazırda 1 trilyonun üzərində olan İtaliyanın altında və İspaniyanın üstündə yerləşir.

Kateqoriya : İqtisadi, Kriptovalyutalar
Etiketlər : ,