Coinone-dan gözlənilən Litecoin hərəkəti nəhayət ki, baş verdi

Litecoin
10 Noyabr 2017

Cənubi Koreyanın ən böyük birjalarından biri Coinone, bazar dəyəri etibarilə 5-ci kriptovalyuta olan Litecoin bazarlarını Noyabr, 2017-ci ilin əvvəllərində istifadəyə verdi.

Birjaya əsasən hazırlanan bir hesabata görə Litecoin satışa çıxarıldıqdan sonra, 24 saat ərzində tam olaraq 3.2 milyon dollarlıq əməliyyat həyata keçirdi.

Bitcoin-in bir fenomen halına gələn performansı Litecoin-in kənara atılmasına səbəb olmuşdu. Bu səbəbdən Coinone tərəfindən təqdim edilən Litecoin əməliyyatları olduqca əhəmiyyətli sayıla bilər. Birjaya daxil edilmədən əvvəl, Litecoin-in əməliyyat həcmi xeyli stabil olmaqla yanaşı, qiyməti bir müddətdir ki, 55 dollar səviyyəsində dövr edirdi. Xəbərin yazılma saatında isə qiymət 13%-dən daha yüksək bir böyümə nümayiş etdirərək 63 dollara çatdı.

Cənubi Koreya və dünyanın qalan hissəsində kriptovalyutalar

Son vaxtlar qlobal bazarlarda kriptovalyutalar haqqında bir-birinə xeyli zidd olan hadisələr yaşanmışdır. 2017-ci ilin Oktyabr ayının əvvəllərində Çin höküməti tərəfindən gələn bir qadağa ilə ölkədəki bütün kriptovalyutaların əməliyyatları qadağa olunmuşdu. Bu qadağa isə Cənubi Koreyanı dünyanın ən böyük 3-cü Bitcoin bazarına sahib olan ölkəyə çevirərək Çinin qarşısına gətirmişdi.

Bitcoin üçün olduqca böyük bir bazara sahib olan Cənubi Koreya indi eyni ünvanı Litecoin üçün də ala bilər. Koreyanın ən böyük birjası Bithumb dünya üzrə bütün Litecoin bazarının 25%-inə ev sahibliyi edir. Crypto Coin Charts adlı statistika saytından əldə olunan məlumatlara görə Bittrex-I ötən Bithumb, gün ərzində tam olaraq 580 milyon dollarlıq Litecoin əməliyyatını həyata keçirir. Bithumb eyni zamanda Bitcoin Cash-in haçalanma zamanındakı performansları ilə və QTUM kimi yeni kriptovalyutaları sürətli bir şəkildə əməliyyata almaqları ilə də təqdirə layiqdir.

Litecoin haqqındakı bu yeniliklər onun üçün sadəcə bir başlanğıc sayıla bilər. Litecoin-in saniyə ərzindəki transfer (göndərilmə) həcminin Bitcoin-dən düz 4 dəfə daha sürətli olduğu hər kəsə məlumdur. Bunu nəzərə aldığımızda kriptovalyutanın bazar dəyərinin gələcəkdə daha da böyüyəcəyini deyə bilərik. Bitcoin əsas inkişaf etdirici cəmiyyətinin SegWit üzərində etdiyi işlərin Litecoin-ə inteqrasiya olunması da qiymət üzərində vacib bir təsir ola bilər. Yaxın günlərdə Litecoin indiki müsbət qiymət trendini davam etdirə biləcəkmi – gözləyib görəcəyik.

Kateqoriya : Birjalar, Kateqoriyasız
Etiketlər : , , ,