Yeni nəsil Bitcoin-ə üstünlük verir

insanlar bitcoin
10 Noyabr 2017

İnsanlar əsasən “Y nəsli”-nə aid olan şəxsləri, adət və ənənələrə əməl etməməkdə günahlandırırlar. Lakin məsələ investisiya barədə olduqda, Y nəsli düzgün seçim etmiş ola bilir. Aparılan bir sorğuya görə yeni nəsil investorlar artıq səhmlərə investisiya qoymur. Bunun əvəzinə, yeni texnologiyalara üstünlük verirlər.

Bankların, dövlət pullarının və ənənəvi investisiya üsullarının hakimiyyətindən çox da razı olmayan Y nəsli üçün Bitcoin və bənzər valyutalar sözün əsl mənasında “üzərlərinə tikilmiş paltar” kimidir. (onlara tam uyğundur.)

Yeni nəsil də bunu anlamış olacaq ki, artıq yeni valyutalara, yəni rəqəmsal valyutalara yönəlirlər.

Yeni nəsil – keçmiş nəsil

Bitcoin və digər kriptovalyutaların gələcəyin investisiya vasitəsi və texnologiyası olacağı barədə onsuzda əksər insanlar və qurumlar tərəfindən danışılırdı. Bunların arasına sorğu nəticələri də əlavə olunmuş oldu.

Risk sərmayəsi şirkətlərindən olan Blockchain Capital-ın sorğu nəticələrinə görə 18-34 yaş arasındakı insanların 30%-i, min dollar dəyərindəki hökümət təhvili və ya səhm sənədi sahibi olmaqdansa min dollar dəyərindəki Bitcoin sahibi olmağa üstünlük verirlər.

2 mindən çox insanın iştirak etdiyi sorğuda Y nəslinə aid olanların 42%-inin Bitcoin-i tanıyarkən 65 yaş və üzəri insanların sadəcə 15%-inin Bitcoin-dən xəbəri var.

Səhm sənədləri ilə böyümüş yaşlı nəsil Bitcoin-ə çox da etibar etməməklə yanaşı, ona qarşı heç bir maraq hissi də bəsləmirlər.

Addım-addım yayılır

Fərqli ölkələrdə Bitcoin ilə əlaqədar alınan müsbətyönlü qərarların sayı gün keçdikcə artır. Buna əlavə olaraq yenə qlobal miqyasda Bitcoin-in bir ödəmə üsulu olaraq istifadə oluna biləcəyi yerlər, əməliyyatlar da artır və inkişaf edir. Lakin məsələ geniş miqyaslı tanınmışlığa gəldiyində qəbul etmək lazımdır ki, Bitcoin-in edəcəyi hələ çox şey var.

Aparılan bir sorğuya görə Amerikalıların 2%-i ya indi Bitcoin sahibidir ya dad aha əvvəldən Bitcoinə sahib olmuşdur. Bu nisbətin yüksəlməsi isə çətin deyil.

Çünki yaxın vaxtda CME-nin verdiyi açıqlamanı nəzərə aldığımızda görə bilirik ki, Wall Street də artıq Bitcoin sektoruna addım atmağa başlamışdır. CME-nin Bitcoin üzərindən standart müddətli əməliyyat etmə fürsətinin yaradılması, Wall Street-in digər öndə gələnlərinin də Bitcoin-ə olan inamını artırmasını təmin edir və bu vəziyyət Bitcoin-in qiymətini də yüksəldir.

Bitcoin və digər kriptovalyutaların indiki hədəf kütləsi təbii olaraq Y nəslinə aid olan insanlardır. Lakin CME-nin verdiyi açıqlamaya bənzər açıqlamaların artmağı, Bitcoin-in əsl mənada bir investisiya vasitəsi halına gətirilməsi halında işin içinə daha yaşlı nəsilllər də daxil ola bilər. Belə bir vəziyyətdə Bitcoin-in yayılması xeyli asan olacaqdır.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : ,