Bitcoin və Bitcoin Cash

Bitcoin ve Bitcoin cash
13 Noyabr 2017

Kriptovalyuta siyahılarının sıralarında olduqca hərəkətli saatlar yaşandı. Son 48 saat ərzində Bitcoin-in qiymətində 2.000 dollara yaxın bir ucuzlaşma qrafikləri nəzərə çarparkən, Bitcoin Cash-in qiymətində isə 1700 dolları aşan bahalaşma qrafikləri görüldü. Bitcoin və Bitcoin Cash-in qiymətlərindəki dalğalanmalar bir-birinə təsir edən bir dövrü yaşadığı məlum olur.

1 Avqust, Bitcoin-in şəbəkə quruluşunda baş verən haçalanma nəticəsində yaranan Bitcoin Cash, Bitcoin-in bir ödəmə üsulu olaraq istifadə olunmasına aid problemlərini həll edəcəyi iddiası ilə meydana gəlməşdi. 3 ay ərzində Bitcoin, Bitcoin Cash-in varlığından heç təsirlənmədi, 8 Noyabrda Segwit2x yenilənmə heyətinin bundan imtina etdiklərini açıqlayana qədər.

Segwit yenilənməsi Bitcoin blokalarının böyüməsi və beləliklə də şbəkənin rahatlayaraq transfer sürətinin azalması, həm də transfer haqqının da ucuzlaşması mənasına gələ bilirdi. Bunu dəstəkləyən qrup sayının kifayət qədər olmadığını düşünən segwit proqramçıları, onu təxirə saldıqlarını açıqladıqları anda Bitcoin qiymətində nəzərəçarpan dərəcədə bir ucuzlaşma yaşamağa başladı.

Aşağıda Bitcoin və Bitcoin Cash-in son bir həftəlik qrafiklərini görürsünüz,

Coinmarketcap

Coinmarketcap 12 Noyabrda BTC qrafiki Cainmarketcap 12 Noyabr BCH qrafiki

Coinmarketcap 12 kasım BTC grafiği

İki qrafik arasındakı tərs paralelliyi çox aydın bir şəkildə görə bilərsiniz. Bitcoin-in ucuzlaşmağa başladığı anlarda, Bitcoin Cash bahalaşır. Bitcoin və Bitcoin Cash arasındakı əlaqənin Segwit2x dəstəkçisi olan Bitcoin investorlarının varlıqlarını dəyərləndirməkdə Bitcoin Cash-i alternativ olaraq istifadə etdikləri olduqca aydın bir şəkildə görünür.

Bitcoin-in qiymətinin ən aşağı səviyyə olan 5.627 dollara çatdığı saatlarda, Bitcoin Cash-in qiyməti bütün zamanların ən yüksək səviyyəsi sayılan 2.477 dollara çatdı. Bu tam olaraq belə bir mənaya gəlir: Bir qrup Bitcoin investoru əllərində olan BTC-ləri sataraq o varlıqlarla Bitcoin Cash alırlar.

Qəfil satışlar ilə düşən BTC-in qiyməti, özü ilə bərabər qəfil alışlar ilə artan BCH-in də qiymətinə təsir edir. Əgər bu hərəkətlər qalıcı olsaydı, bu qrafiklərə bir cəm hərəkəti, hətta Bitcoin və Bitcoin Cash müharibəsinə təsir edən bir hərəkət də deyə bilərdik. Lakin bu qrafiklərin çox qısa müddətli olması, kriptovalyuta birjalarında pump və dump adlandırılan qısa müddətli qiymət bahalaşması və ucuzlaşmasına bənzəyir də deyə bilərik.

Bitcoin və Bitcoin Cash-in əməliyyat həcmi rekordu

Məqalənin yazıldığı saatlarda Bitcoin-in qiyməti Noyabr ayının əvvəllərindəki səviyyəsinə yüksəlmiş vəziyyətdə və 6200 dolların üzərində əməliyyat görməkdədir. Bazar dəyəri isə 100 milyard dollardır. Lakin Bitcoin-in son 24 saatlıq əməliyyat həcmi 9 milyard dollar oldu və yeni bir rekorda imza atdı.

Bitcoin Cash üzrə isə 1500 dollar səviyyələrində əməliyyat aparılır. BCH 24 saatlıq əməliyyat həcmində 11 milyard dollarlıq bir rəqəmlə kriptovalyuta tarixində ən yüksək gündəlik əməliyyat həcminə çatdı. Cəmi bazar dəyəri isə 25 milyard dolların üzərinə çıxdı.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,