Bitcoin Gold-un paylanmasına saatlar qaldı!

Bitcoin Gold
13 Noyabr 2017

Bitcoin Gold, kriptovalyuta bazarına çox da öyrəşmədiyimiz bir tərzdə giriş etmişdi.

Ötən Oktyabr ayının son həftəsi, Bitcoin şəbəkəsindən ayrılma əməliyyatı uğurlan tamamlanan Bitcoin Gold (BTG) bazara daxil olmasının dərhal ardınca 500 dollar dəyərlərindən əməliyyat görməyə başladı. Ardınca isə BTG saytına hucüm edildi. 24 saatdan sonra BTG-nin qiyməti 70% -dək itki yaşadı və 122 dollara qədər gerilədi.

Digər haçalanmalarda olduğu kimi BTG-də də haçalanma zamanı mövcud olan Bitcoin qədər BTG istifadəçilərin pulqabı ünvanlarına yerləşdirilmişdir. BTG-lərin istifadə oluna biləcək vəziyyətə gəlməsinə sadəcə saatlar qaldı. Bakı saatı ilə 22:00-da pulqabılarına BTG yerləşdirilən istifadəçilər, pulqabılarımdakı BTG balanslarını artıq görə biləcəklər.

Bitcoin Gold-lar paylaşılır!

Bitcoin Gold-un rəsmi saytında yerləşdirilən bloq yazısına əsasən, bildirdiyimiz üzrə Bakı saatı ilə 22:00-da paylanacaq olan Bitcoin Gold, sahibləri ilə görüşmüş olacaqlar. Birja və pulqabı proqramları qeyd olunan saatdan sonra BTG yükləmə, çıxarma və sistemləri hazır olduğu zaman ticarət əməliyyatlarını həyata keçirə biləcəklər.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,