Bitcoin-in qiyməti niyə ucuzlaşır?

Bitcoin haqqinda
14 Noyabr 2017

Qiymət 7700 dollardan 5500 dollara qədər gerilədi

Çərşənbə günü gözlənilən haçalanmanın təxirə salınmasının dərhal ardınca Bitcoin yeni bir record ilə 7700 dollara çatmışdı. Hamı qiymət mövzusunda müsbət təxminlərdə olarkən Cümə günü Bitcoin-in qiyməti düşməyə başladı.

Bazarı yaxından izləməyən investorlar vəziyyətə bir məna verə bilməyərkən bəzi xəbər saytlarında “Yoxsa Bitcoin olub?” başlığı ilə çıxan xəbərlər təbii olaraq təşvişə səbəb oldu.

Ümumi qənaətə görə Segwit2x-in ləvğ olunması ilə S2X dəstəkçiləri Bitcoin Cash-ə yönəlmişdir. Bitcoin Cash-in ən böyük dəstəkçisi CEO Roger Ver və Mədənçilik şirkəti sahibi Jihan Wu da vəziyyətdən yararlandı. Böyük investorlar (balinalar) Bitcoinlərini Bitcoin Cash əldə etmək üçün nağd pula çevirərək bu yöndə çox düzgün bir axıma imza atdılar.

Arxasında ciddi bir mədənçilik gücünə sahib olan BTC.top-un CEO-su Jiand Zguoer daha əvvəl belə bir açıqlama etmişdir:

“Segwit2X-i dəstəkləmək üçün əlimdən gələni edəcəyəm. Qazanc əldə edə bilməsəm belə.”

MultiCoin Capital-in idarəçi-səhmdarlarından olan Samani vəziyyəti belə dəyərləndirdi:

“Bitcoin Cash-ə dəstək olan bir çox böyül investorlar, Segwit2X ilə birgə nə baş verəcəyini görə bilmək üçün Bitcoin alaraq gözləyirdilər. İndi taktikalarını həyata keçirirlər. 10 milyon dollarlıq Bitcoin-ini sataraq Bitcoin Cash alan bir çox insanı tanıyıram.”

2426 dollar ilə zirvəyə çatan BCH-in bu məqalə yazıldığı zamana olan qiyməti 1465 dollardır.

Bitcoin Cash, Bitcoin-dən bir haçalanma nəticəsində ayrılaraq meydana gəlmişdir.

Məqsədləri Bitcoin-ə qarşı artan tələblə birlikdə, uzanan bitcoin göndərmə zamanlarını və göndərmə haqqlarını (transaction fee) azaltmaq idi, lakin Bitcoin cəmiyyətinin əksəriyyəti tərəfindən mənimsənilməmişdi. Segwit2x də Bitcoin-dən bir haçalanma ilə ayrılacaqdı və oxşar şəkildə “əsl Bitcoinə çevrilmə” cəhdini daşıyırdı.

Kateqoriya : Analiz, Kriptovalyutalar
Etiketlər : , ,