Bitcoin-in qiyməti üçün yeni bir proqnoz: 100,000 dollar

24 Noyabr 2017

Bir çox altkoinin qiyməti son aylarda hücuma keçsə də Bitcoin, sağlamlığı və qiymətindəki yüksəlişi ilə kriptovalyutaların atası olduğunu sübut etməyə davam edir. Russia Today-dəki Keiser Report seriyasının aparıcısı Max Keiser, bu düşüncəyə qatılır və Bitcoin-in gələcəkdə gec ya tez, 100,000 dollar olacağını proqnozlaşdırır.

Bir neçə aydır ki, SegWit2x-in uğursuzluğu bir qara bulut kimi Bitcoin-dən ayrılmırdı. İndi isə bu qeyri-müəyyənliyin aradan qalxması ilə Bitcoin ötən həftə sonu 8000 dollar həddini keçmişdir. Hətta dünən belə yüksəlişini davam etdirdiyi kimi, 8400 dollara çataraq yeni bir rekord da qırmışdı.

Keiser-ə görə isə Bitcoin-in xeyli proqram dəyişikliyi və yüzlərlə altkoin rəqibinə qarşı güclü duruşu, kriptovalyutanı ən etibarlı edən faktorlardan biridir.

 “Bitcoin kriptovalyuta bazarını idarə etməyə davam edəcək və dünyaya yayılmasında öndərlik rolunu oynayacaq. Bitcoin-i qaralayan yüzlərlə yazı yazılmışdı, lakin heç biri nə doğru çıxdı, nə də koinin yüksəlişinə əks təsir etdi. Düzünü demək gərəkirsə, Bitcoin Tanrı tərəfindən insanların yaratdığı pul axmaqlığını aradan qaldırmaq üçün göndərilmiş bir hədiyyədir.”

Yaşanılan şəxsiyyət böhranı

Keiser-in Bitcoin haqqındakı düşüncələri müsbət yönlü olsa belə Bitcoin şəbəkəsinin böyüməsində yaşanılan problemləri göz ardı etmək yalnış bir hərəkət olardı. SegWit2x planı hələlik ləvğ edilmiş ola bilər, lakin yenilənmə ilə üstünün örtüləcəyi miqyaslama problemi kimi çatışmamazlıqlar problem olmağa davam edəcək. Bu miqyaslama məsələsi barədə əvvəllər danışılmırdı belə, lakin gün keçdikcə artan istifadə sahələri ilə yüksələn transfer sayları bəzən 10 saatı aşan transfer müddətlərinə səbəb olur. Bu da öz növbəsində Bitcoin-in bir ödəmə üsulu olaraq istifadə olunmasını imkansız hala gətirən səbəblərdən biridir.

Keiser bu mövzuda da bir fikrə sahibdir: Bitcoin ödəniş üsulu işini digər koinlərə təhvil verməli və rəqəmsal qızıl olmaq yolunda irəliləməlidir.

 “Bitcoin özünü Qızıl 2.0 olaraq tanıdarkən, Dash da bir ödəniş üsulu olaraq inkişaf etməkdədir. Bitcoin-in miqyaslama məsələsi ilə bağlı olaraq adı keçən istifadəçilər ödəmələr üçün Dash-dan istifadə etməli, Bitcoin proqramçılarının da Qızıl 2.0 üzərində işləməsinə mane olmamalıdırlar.”

 Wall Street investorları

Bir çox investor Bitcoin-in rəqəmsal qızıl olaraq səciyyələndirilməsindən razı qalmış kimi görünürlər. Ənənəvi qurumsal investorların kriptovalyuta bazarına milyar dollarlıq investisiyalar qoymaları haqqında çıxan şaiyələr istifadəçilər arasında geniş yayılmışdır. Bitcoin-in köhnə maliyyə bazarları ilə örtüşməsi kimi xeyli yaxşı xəbərlər, qiymətin daima yeni rekordlar qırmasına səbəb olur. Sözü gedən yaxşı xəbərlərdən ən üstün olanı isə çox güman ki, CME-nin Bitcoin üçün futures (ön ödəməli müqavilə) əməliyyatlarını açacağını bildirməsidir. Üstəlik bu əməliyyatlar açıldığı anda investisiya qoyacağını söyləyən böyük investorlar da mövcuddur.

Normal olaraq belə yaxşı xəbərlərdən sonra Keiser-in Bitcoin-in qiymətinin 100,000 dollar olacağını söyləməsi indi çox da inanılmaz görünmür. Aparıcı Bitcoin-in yüksəlişini, elastikliyini və uğurunu Apple-a bənzədir. Apple 1976-cı ildə qurulub 1980-ci ildə xalqa açılan və günümüzdə Dünyanın ən böyük şirkəti halına gələn bir texnologiya nəhəngidir.

“Mən 1990-cı illərdə Apple səhmi aldığımda bazar dəyəri 100 milyon dolların altında idi. O zamanlar Michael Dell Apple-ın bir şirkət olduğu üçün utandığını və qapılarını bağlamasının gərəkdiyini söyləmişdi. Bugün, yəni 20 il sonrasında Apple-ın bazar dəyəri 1 trilyon dollara çatdı və heç kim Michael Dell-in dediklərini xatırlamır.”

Kainatı dəyişdirən texnologiya

Avqust ayında Keiser bir kriptovalyuta xəbər agentliyinə Dash-ın Great American Pilgrimage adlı TV serialına sponsorluq edəcəyi haqqında bir müsahibə vermişdi. Müsahibədə Keiser kriptovalyutaların gələcəyi haqqında bir təxminini bildirmişdi:

 “Mən qiymət ilə bağlı proqrnozları sevmirəm, çünki bunlar insanları kriptovalyuta iqtisadiyyatında yer almağın ən yaxşı yolundan uzaqlaşdırır: al və nə olursa-olsun SATMA. Qarşımızdakı 10 ildə kainat tamamilə dəyişəcək. Çünki pulun mənası dəyişir, fikirlər qlobal bazarda şüurlu və ya şüursuz olaraq pula çevrilir, bu da kriptovalyuta iqtisadiyyatının hamını təəccübləndirən bir şəkildə gerçəkləşməsi mənasına gəlir.”

 

 

Kateqoriya : Analiz
Etiketlər : , , , , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.