“Bitcoin” filminin çəkilişi üçün hazırlıqlar başlanılıb

18 Dekabr 2017

2009-cu ildən etibarən sakit tərzdə, 2017-ci ilin əvvəllərindən isə olduqca sürətlə inkişaf edən “Bitcoin” filmi üçün hazırlıqlara başlanılıb.

Rejissoru Kristian Kaşmir olan “Bitcoin” filminin əsas mövzusu Bitcoin-in yüksəlişi olacaq və komediya tipində çəkiləcək.

Rejissor film haqda bunları deyib:

“Plana görə, filmin çəkilişlərinə aprel ayında başlayacaqdıq, lakin Bitcoin-in dəyəri 19 min dollara qədər yüksəldi. Fikrimcə, daha sürətlə işləməyimiz lazımdır. Filmimiz insanları əyləndirməklə yanaşı, texnologiya və valyutadakı narahatlıqları dilə gətirəcək. Film Bitcoin-in yaxşı və pis tərəflərini, gələcəyə necə təsir edə biləcəyini və məşhur virtual pulun pis cəhətlərini təqdim edəcək”.

“Bitcoin” filminin 2018-ci ilin payızında ekranlara təqdim olunması gözlənilir.

“Mr Robot” filmindən Bitcoin səhnəsi:

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.