Bitcoin 20 min dollarlıq həddi də keçdi

18 Dekabr 2017

Təxminən bir ay əvvəl ilk dəfə olaraq 5 rəqəmli qiymətə çatan Bitcoin 20 min dolları keçib. Son bir neçə həftə ərzində olduqca dəyişkən olan Bitcoin dəfələrlə qiymət enişi yaşasa da, bu dəfə tarixi bir ekordun qırılmasına müsbət təsir göstərdi.

2017-ci ildə hamını heyran qoyan Bitcoin “Wall Street” və “Lightning Network” ilə birlikdə ciddi uğurlar qazandı. 10 dekabrda müddətli əməliyyat məhsullarını başladan “CBOE”-dən sonra 18 dekabrda CME (daha böyük bazar) də ən böyük kriptovalyuta olan Bitcoin-in müddətli əməliyyatlarına başlayacaq.

Bu xəbərlərlə birlikdə gələn qiymət artımı bazarda sanki bir qartopu təsiri yaratdı və Bitcoin ticarəti edənlərin sayı ciddi şəkildə artdı. Bu artım xüsusilə “Coinbase“-in qazandığı yeni istifadəçi sayıyla ölçülə bilər. Ötən bir neçə həftədə “Coinbase”-in tətbiqi bir neçə dəfə “Apple”-ın “ən çox yüklənən tətbiqlər” siyahısında birinci yerə yüksəlməyi bacardı.

Cari qiymətinə görə Bitcoin 2017-ci ildə 1950 % yüksəliş əldə etdi.

20 min dollarlıq baryer əslində bir çox bazarlarda daha tez təsdiqini tapmışdı. Xüsusilə də iqtisadi olaraq pis vəziyyətdə olan Venesuela və Zimbabve kimi ölkələrin bazarlarında.

Bir çox şərhçi Bitcoin-in bu qədər sürətli və qısa bir müddətdə 20 min dollara çatacağını təxmin etmirdi. Ancaq buna yaxın olan Ronni Moas idi. Moas Bitcoin-in qiymətinin 2018-ci ilin əvvəlində 20 min dollara çatacağını söyləmişdi. Cəmi 15 gün gecikdi. Ancaq Bitcoin milyarder investor Mayk Novoqratzın zənnini yanıltdı. o, Bitcoin-in 2017-ci ildə 10 min dolları keçməyəcəyini söyləmişdi.

Qiymət baxımından onsuz da tez-tez rekord qıran Bitcoin dünyada bəzi şəxslərin marağını çəkir. Texnologiya və maliyyə kimi sektorlarda olduqca əhəmiyyətli hesab olunan şəxslər bu il Bitcoin haqqında çox danışdılar.

Məşhurluğu və qiymətiylə maraq qazanan Bitcoin eyni zamanda Venesuela kimi ölkələrdə insanların “ümidi” formasına gəldi. Vətəndaşı olduqları ölkənin pul vahidi az qala dəyərsiz hala gələn venesuelalılar gündəlik işlərini həll etmək üçün belə Bitcoin istifadə etmək məcburiyyətində qalırlar.

Bitcoin müasir dünyaya bir çox baxımdan təsir edərkən 2018-ci ildə dövlətlərin Bitcoin-ə nə kimi tənzimləmələr gətirəcəyi maraqlıdır.

Kateqoriya : İlk addımlar, Kriptovalyutalar
Etiketlər : ,

Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.