Blockchain nədir? başlıqlı yazıda da vurğulandığı kimi bir Blockchain yaratmaq üçün istifadə olunan 3 təməl ünsür vardır. Bunların heç biri yeni tapılmış şeylər deyil, lakin bu üçünün bir yerə gətirilib tətbiqə qoyulması yeni bir şeydir.

Bu üç ünsür bunlardır:

  1. Xüsusi açarlı kriptoqrafiya
  2. Ortaq dəftərli dağıdılmış bir şəbəkə
  3. Şəbəkə əməliyyatlarını, qeydiyyatı və təhlükəsizliyi təmin etməyə yönəlmiş cəhd

Aşağıdakı bu texnologiyaların bir yerə gətirilərək rəqəmsal münasibətləri necə etibar altında saxladığını açıqlayacağıq.

KRİPTOQRAFİK AÇARLAR

Məsələn:

  • İki nəfər internet üzərindən əməliyyat etmək istəyir

Blockchain nece isleyir

  • İkisinin də bir ədəd özəl hər kəsə açıq açarı vardır

Blockchain nedir?

Bu Blockchain texnologiyası tərkibinin əsl məqsədi etibarlı bir rəqəmsal kimlik yaratmaqdır. Kimliyiniz əlinizdə olan özəl və hər kəsə açıq kriptoqrafik şifrələrin qarışdırılması nəticəsində meydana gəlir.

Bu açarların birləşməsi istifadəyə çox əlverişli olan rəqəmsal bir imza yaradır.

Əvəzində bu rəqəmsal imza sizə güclü bir sahiblik qazandırır.

Blockchain forması

ŞƏXSİYYƏT

Güclü bir sahibliyinizin olması rəqəmsal münasibətlərinizi etibarlılıq altına almaq üçün kifayət etmir. Şəxsiyyət təsdiqləmə probleminizi arada qaldırır, lakin hələdə əməliyyatları və səlahiyyətləri təsdiqləmənizə ehtiyyac vardır. (Səlahiyyətləndirmə)

DAĞIDILMIŞ ŞƏBƏKƏ

Dağıdılmış şəbəkənin faydası və bu şəbəkə tipinə olan ehtiyyac meşədə bir ağac qırılarsa kimi bir düşüncə təcrübəsi ilə aydınlaşdırıla bilər.

Əgər meşədə bir ağac qırılarsa və kameralar bunu qeydə alarsa, o ağacın qırıldığına əmin ola bilərik. Çünki niyə və ya necə qırıldığını tam olaraq bilməsək belə qırılmış olduğuna dair visual bir sübutumuz vardır.

Bitcoin Blockchain-ində də yuxarıda bəhs etdiyimiz kameralar əvəzinə çox geniş bir şəbəkəyə yayılmış təsdiqləyicilər vardır. Bu təsdiqləyicilər bir şey baş veridiyi zaman o hadisəni eyni zamanda və eyni şəkildə gördüklərinə dair fikir birliyini təmin edirlər.

Qısası şəbəkənin böyüklüyü, şəbəkəninin etibarlılığını təmin etmək üçün vacibdir.

Blockchain-inin ən cəlbedici xüsusiyyətlərindən biri də budur. İnanılmaz geniş bir şəbəkəyə və çox böyük bir əməliyyat gücünə sahibdir. Əməliyyat zamanı Bitcoin 3.500,000 TH/s əməliyyat gücü tərəfindən mühafizə olunur. Bu say dünyanın ən böyük ilk 10.000 bankının əməliyyat həcminin birləşməsindən daha böyükdür. Hələdə iki illik olan və hələdə test edilmə mərhələsində olan Ethereum 12.5 TH/s əməliyyat gücü tərəfindən qorunur ki, bu say Google-un əməliyyat həcmindən daha böyükdür.

QEYDİYYAT SİSTEMİ

Blockchain haqqında

Kriptoqrafik şifrələr bu şəbəkə ilə birləşdirildiyi zaman super istifadəyə uyğun olan rəqəmsal fəaliyyətlər meydana gəlir. Bu müddət belə başlayır: A tərəfi özəl şifrəsini alaraq bir şəkildə xəbərdarlıq edərək – söhbət Bitcoin-dən gedirsə, bir miqdar kriptovalyuta göndərdiyinə aid – B tərəfinin hər kəsə açıq şifrəsinə bağlanır.

PROTOKOL

Rəqəmsal imzanı, zaman damğasını və əlaqədar məlumatlardan ibarət bir blok daha sonrada şəbəkədəki bütün düyünlərə yayılır.

ŞƏBƏKƏ XİDMƏT PROTOKOLU

Realist bir insan yuxarıdakı verdiyimiz meşədə ağac qırılması nümunəsinə bu sual ilə qarşı çıxa bilər: “Meşənin daxilində bir milyon kompyuter bir ağacın qırılıb-qırılmayacağını qeydə almaq üçün niyə gözləyir? Başqa sözlə desək, əməliyyat gücünü şəbəkə etibarlılığını təmin etmək üçün necə qurursunuz?”

Açıq və dövlət Blockchainlərində bu vəziyyət mədənçilik ilə baş verir.

Blockchainlərdə öz kompyuterinizin əməliyyat gücünü şəbəkəyə xidmət etməyə sərf etsəniz əvəzində mükafatlar ala bilirsiniz. Yəni insanların şəxsi mənafeləri cəmiyyətə xidməti təmin etməyə kömək edir.

Bitcoin-dəki protokolun məqsədi eyni Bitcoin-in eyni zamanda fərqli əməliyyatlarda istifadə olunub-olunmadığına nəzarət etməkdir və bu nəzarət işi olduqca çətindir.

Bitcoin bu nöqtədən baxıldıqda qızıla ya da hər hansı bir mal varlığına bənzəmir. Bitcoinlər bənzərsiz olmalıdır ki, dəyərli olsunlar. Bu bənzərsizliyi təmin etmək üçün şəbəkəyə xidmət edən düyünlə POW (işin sübutu) riyazi məsələlərini həll edərək görülən hər Bitcoin əməliyyatının keçmişini tutur.

Yəni bir növ əməliyyatçıları (CPU) ilə səs verirlər. Yeni blokları ya qəbul edilir ya da lazımsız olduqları səbəbi ilə rədd edilirlər. Mədənçilərin əksəriyyəti eyni qərara gəldikdə zəncirə yeni bir blok əlavə edirlər. Bu blokda zaman damğası olur və bəzən məlumat və ya mesaj da ola bilir.

NÜMUNƏ BLOKLAR ZƏNCİRİ

Hər blockchain-in növü, miqdarı və təsdiqlənməsi fərqli ola bilir. Blockchain-in protokoluna və ya faydalı olub-olmadığı halında tətbiq olunan qaydalara bağlıdır. Hər blockchain-in təsdiqlənmə müddəti özünə xas ola bilir. Düyünlər əməliyyatların necə təsdiqlənəcəyi mövzusunda bir səs çoxluğuna sahib olarsa yeni qaydalar əlavə oluna bilir. Yəni hər kəsin zövqü özünə görədir vəziyyəti vardır və insanlar zövqlərini hələ yeni-yeni kəşf edirlər.

An etibarilə bu kəşflərin çox tez-tez edildiyi bir Blockchain mərhələsindəyik. Lakin bu zamana qədər bu kəşflərdən əldə olunan tək nəticə hələdə Blockchain protokolunun bütün məharətlərini anlaya bilməməyimizdir.