Kripto.az saytı 12 sentyabr 2017-ci ildə istifadəyə verilmişdir.

Məqsədimiz Bitcoin ilə birlikdə yaranan Kriptovalyuta sektoru haqqında istər öz ölkəmizdə, istərsə də dünyada baş verən son yenilikləri istifadəçilərimizə çatdırmaqdır.

Xidmətlərimiz:

  • Blockchain texnologiyası ilə bağlı son yenilikləri təqib edərək saytımızda paylaşmaq;
  • Kriptovalyuta ticarət birjalarında baş verən ən son yenilikləri intensiv istifadəçilərimizə çatdırmaq;
  • Məzənnə (BTC/AZN, BTC/USD, ETH/AZN, ETH/USD, LTC/AZN, LTC/USD və s.);
  • Kriptovalyuta mədənçiliyi haqqında, eləcə də kriptovalyuta ticarəti haqqında yenilikləri təqib edərək oxucularımız üçün saytımızda paylaşmaq;

Dünya maliyyə bazarında öz həcmini gündən-günə artıran Bitcoin və digər Altcoinlərin ölkəmizdə də getdikcə yayıldığı göz qabağındadır. Ümid edirik, oxucularımız 100 milyard dollar həcmində olan bu sektordan öz payını qazana biləcək.

Ölkəmizdə kriptovalyuta sektoru üzrə ilk xəbər saytı olduğumuz üçün çox xoşbəxtik. Ümid edirik bundan sonra da siz oxucularımızın sayəsində liderliyimizi qoruyub saxlayacıq.