Bitcoin nədir?

Bitcoin ilə ilk dəfə tanış olan ya da nə olduğu ilə maraqlanan oxuyucularımıza ümumi olaraq Bitcoin-inin nə olduğunu aydınlaşdırmaq istədik. Marağınız artdıqca daha ətraflı açıqlamalardan ibarət yazılarımızı oxumağınızı tövsiyyə edirik.

Əvvəlcə aşağıda yer alan video ilə başlayaq. Bu videolar ümumi olaraq Bitcoin-i sizə aydınlaşdıracaq. Sonra yazımızı oxumağa davam edə bilərsiniz.

2009-cu ildən meydana gələn və hər ötən gün məşhurluğunu artıran Bitcoin indilərdə yönləndirilməyən bir güc olaraq qarşımıza çıxır. Mərkəzi olmayan bu güc təbii olaraq maliyyə bazarlarını, nəhəng bankerləri və qlobal miqyasda olan bankları qorxuya salır. Çünki Bitcoin hər hansı bir qurumdan, ölkədən və ya şəxsdən asılı deyil! Üstəlik asılı vəziyyətə də gətirə bilmirsiniz. Qısası tamamilə azad bir virtual valyutadır. Bu sistem təbiəti gərəyilə valyutanı məqsəd olmaqdan bir qədər də olsa çıxarıb vasitə halına gətirir. Bu baxımdan Bitcoin, mövcud maliyyə sisteminin qərarlılıqla görməzdən gəlməyə çalışdığı, lakin buna nail ola bilmədiyi yeni bir sınanmış texnologiyadır! Bütün dünyada Bitcoin istifadəçılərinin sayı 1 milyona çatmışdır. -฿- simvolu ilə xarakterizə olunur. “BTC” bütün dünyana qəbul edilən qısaltmadır. Satoshi Nakamato tərəfindən yaradılmışdır və 2009-cu ildən bu yana virtual dünayada dolanmaqdadır. Bitcoin şəxsdən-şəxsə (P2P) vasitəsiz tranfer imkanına sahibdir. Heç bir vasitəçiyə ehtiyyac duymur. Bununla yanaşı internet üzərindən “Bitcoin”-i qəbul edən saytlardan alış-veriş edə bilərsiniz. Göndərilən mənbəni və alıcını müəyyənləşdirmək çətindir. Hesablarınızı lazımlı təhlükəsizlik tədbirlərini yerinə yetirdiyiniz halda sizdən başqa heç kim yoxlaya bilməz və ya daxil ola bilməz. Hər nə qədər etibarlılığı ilə bağlı xəbərlər çıxsa belə bu təhlükəsizlik problemləri Bitcoin-in öz alt quruluşundan qaynaqlanmır. Bu mövzunu tezliklə başqa bir başlıq altında incələyəcəyik.

Bitcoin necə istehsal olunur?

Bitcoin istehsal etmək üçün mining etməyiniz lazımdır. Azərbaycan dilindəki adı ilə mədənçilik edərək bitcoin virtual valyutasını istehsal edə bilərsiniz. Lakin hal-hazırdakı şərtlər ilə əlinizdə olan kompyuterlər ilə bitcoin mədənçiliyini etmək olduqca əlverişsizdir. Sadəcə bu iş üçün xüsusi cihazlar istehsal olunmuş, dünyanın bir çox yerində böyük Bitcoin fermaları qurulmuşdur. Siz bunun əvəzinə bitcoin-ə bənzər altkoinlər istehsal edərək bu istehsalatınızı Bitcoin-ə çevirə bilərsiniz. Bu mövzu ilə bağlı “Kriptovalyuta nədir?” başlıqlı yazımızı oxuya bilərsiniz. Mədənçilik etmək üçün ilk öncə yaxşı bir ekran kartına və bir kompyuterə ehtiyyacınız var. CPU, yəni əməliyyatçı ilə də mədənçilik edə bilərsiniz. Lakin günümüzün şərtlərində bu olduqca əlverişsizdir. AMD Ekran kartlarına sahib kompyuterlər ilə yüksək miqdarda qazım işləri edə bilər və bu valyutaları toplaya bilərsiniz.

Bitcoin nə işə yarayır?

Bitcoin ilə internet üzərindən alış-veriş edə bilər və ya istehsal etdiğiniz koinləri müxtəlif mübadilə saytlarında Azərbaycan manatına və müxtəlif ölkələrin valyutalarına çevirə bilərsiniz. Yenədə məhsullarınızı Bitcoin ilə əvəz edərək ticarət həyatına Bitcoin-i daxil edə bilərsiniz.

Qısa açıqlama ilə Bitcoin: Nədir / Nə deyildir? Əlverişli cəhətləri nələrdir?

  • Rəqəmsal valyutadır. Maddəvi/Fiziki bir qarşılığı hələlik yoxdur. (qızıl, gümüş və s.)
  • Bitcoin bir şəbəkə qarşılığıdır. Bir mərkəzi yoxdur. A-dan B-yə rəqəmsal valyutanı təmin edir.
  • İnternet olan hər hansı bir nöqtədən internet olan hər hansı bir nöqtəyə mübadiləsi mümkündür.
  • Vasitəçisi, komissiyası (pul tutulmur) yoxdur. Xərclər vasitəçi olmadığı üçün xeyli azdır. Sadəcə mübadilə əməliyyatını təsdiqləyən mədənçilərə çox az miqdarda ödəmə edilir.
  • Bitcoin açıq mənbə şifrələri ilə yazılmışdır və hər kəsə açıqdır. Sistemin sahibi ondan istifadə edən hər kəsdir.
  • Bütün ölkələrdə istifadə edilir və oflayn hesabınıza kimsə müdaxilə edə bilməz. Bu cəhətdən İsveçrə banklarından belə daha etibarlı sayıla bilər.
  • İstifadə şərtləri, öncədən məhdudlaşdırma müqavilələri və ya şərtləri kimi məhdudiyyətlər yoxdur. İstifadəyə başladığınız zaman istifadə edirsiniz, bitirdikdə də istifadəni dayandırırsınız.
  • Bitcoin-lər Mədənçi deyilən ödənişsiz bir proqram tərəfindən istehsal olunur.
  • İstehsal olunacaq Bitcoin-lərə müəyyən bir say məhdudiyyəti vardır. Cəmi 21 Milyon ədəd istehsal olunacaqdır.
  • İstehsal sürətinə və inflyasiyaya nəzarət edə bilmək üçün “çətinlik səviyyəsi” hər ötən gün müəyyən protokollar çərçivəsində artır. Bu səviyyələr şəbəkədəki istehsal sıxlığına görə müəyyən olunur.
  • Hər istifadəçinin rəqəmsal bir pul qabısı vardır. Bitcoinlərinizi bu pul qabılarında saxlayırsınız.
  • Bitcoin mübadilələriniz bənzərsiz bir imza ilə imzalanır və sıra ilə mədənçilər tərəfindən düzgünlüyü və bənzərsizliyi yoxlanılaraq təsdiqlənir. Beləliklə eyni Bitcoin ikinci dəfə istifadə oluna bilməz.
  • Bitcoin ilə məhsul satışı etmək üçün heç bir əlavə ödəmə etməzsiniz. Sizdən hər hansı bir ön şərt istənilməz.
  • Bitcoin, AZN, USD, EURO kimi bir çox valyutalara çevrilə bilər. (Bunu həyata keçirən saytlar komissiya haqqı alırlar.)
  • Qr şifrəsi ilə mobil ödənişlər edə bilərsiniz.
  • Bitcoin birjaları həftə sonu ya da tətil günləri dayanmaz, daima işləyər.