Litecoin nədir? Haradan və necə əldə etmək olar?

Litecoin shekilLitecoin-in nə olduğu əslində kriptovalyuta bazarının formalaşmağa başladığı vaxtdan çoxlarını maraqlandırır. Çünki Bitcoin-ə alternativ olaraq yaradılan və ilk altcoin olaraq adlandırılan kriptovalyutadır. Rəqəmsal valyuta olması, mədənçiliklə çıxarılması və digər xüsusiyyətləri ilə Bitcoin-ə bənzərliyi hazırda onu ən etibarlı kriptovalyutalardan birinə çevirib.

Litecoin necə meydana gəldi?

Xarici kriptovalyuta birjaları və vasitəçi təşkilatlarda sadə şəkildə alınması mümkün olan Litecoin investorların ən çox müraciət etdiyi altcoinlərdən sayılır. Bu kriptovalyuta Asic Miner cihazları ilə mədənçilik edilməsi ilə əldə olunur.

Bitcoin mədənçiliyi etmək üçün bir kompüter avadanlığına ehtiyac var. Bu da həmişə mümkün olmadığından insanlar öz investisiyalarını təxirə sala bilərlər. Belə demək mümkünsə, kriptovalyuta dünyasına hər kəsin asanlıqla daxil olması üçün Litecoin hazırlanıb.

Litecoin mədənçiliyi necə edilir?

Litecoin həm Bitcoin, həm də digər altcoinlərlə müqayisədə fərqli alqoritmə malikdir. Həmin alqoritmə nəzər saldıqda, yüksək GPU imkanları olan avadanlıqlara ehtiyac olmadığını görürük. Hazırda Litecoin-ə investisiya qoyan şəxslər standart GPU ilə təchiz edilmiş kompüterlər ilə asanlıqla mədənçilik edə bilərlər. Litecoin mədənçiliyi necə həyata keçirilir və haradan başlamaq lazımdır sualına belə şəkildə cavab verilir. Ancaq mədənçilik nəticəsində əldə edilən Litecoin-lərin yenidən saxlanıla bilməsi üçün “wallet” adı verilen virtual kriptovalyuta cüzdanlarına ehtiyac duyulur.

Xüsusi mədənçilik cihazları ilə ediləcək mədənçilik əməliyyatlarında insanların qarşısında iki alternativ mövcuddur. Onlardan birincisi xaricdən cihazı kirayəyə götürməklə həyata keçirilir, digəri isə xüsusi cihazların satın alması ilə baş tutur.

Litecoin mədənçilik mükafatı nədir?

İnsanları Litecoin mədənçiliyinə cəlb etmək üçün kriptovalyuta vahidi tərtib edən şəxslər tərəfindən müəyyən mükafat proqramları həyata keçirilir. Rəqəmsal valyutaların istifadə olunmasına böyük köməklik göstərən Litecoin mədənçilik mükafatı insanların alqoritmləri həll etdiyi zaman davam edə biləcəyi bir prosesdir.

Hal-hazırda sistem tərəfindən həll olunan alqoritmlər investorlara Litecoin-lər qazandırır. Hər blok əməliyyatının həll edilməsinə görə 25 Litecoin (25 LTC) mükafat olaraq verilir. Ancaq bu mükafat hər dəfə eyni miqdarda verilmir. Bunun əvəzinə, dörd ildən bir dəfə insanların əldə edə biləcəyi Litecoin hədiyyə miqdarı yarıbayarı azalır.

Mədənçilik mükafatı qoyulmasına baxmayaraq, insanların bu mükafatı ala bilmələri üçün uzun müddət mübarizə aparmaları gərəkdir. Həmçinin standart GPU xüsusiyyəti olan avadanlıqlarda mədənçilik edə bilsələr də, uzunmüddətli mədənçilik fəaliyyətlərində insanların daha üstün təchizatlı cihazlara yönəlmələri də lazımdır.

Litecoin shekil boyuk

Litecoin necə alınır?

Litecoin-in əldə edilməsi üsulları çoxlarının marağındadır. İlk növbədə, Litecoin-ə investisiya qoymaq üçün məcburi olaraq mədənçilik etməyə ehtiyac yoxdur. Bunun əvəzinə, kriptovalyuta birjaları vasitəsilə Litecoin almaq olar. Ona görə də alış-satış reallaşdırmaq üçün broker firması və ya birja tapmaq kifayətdir.

Litecoin bazara çıxdıqda ümumilikdə 84 milyon sayda istehsal ediləcəyi açıqlanmışdı. 2018-ci ilə qədər nə qədər tədavülə buraxıldığı haqda rəsmi açıqlama verilməyib.

Litecoin-in xüsusiyyətləri hansılardır?

Litecoin-in xüsusiyyətləri haqda bunları deyə bilərik:

  • Anonim bir kriptovalyuta vahididir. Buna görə, açıq mənbə kodlu xüsusi proqramlarla istehsal olunur.
  • Mədənçiliyi mümkündür.
  • Ödənişlər zamanı və investisiya məqsədilə istifadə edilə bilər.
  • Alqı-satqı əməliyyatlarında əməliyyat müddəti maksimum 2 dəqiqədir.
  • İlk altcoin vahididir.
  • Həm fərqli kriptovalyutalara, həm də fərqli valyuta vahidlərinə çevrilə bilir.
  • Likvidliyi ən yüksək olan kriptovalyuta növlərindən biridir.

Litecoin haqda əsas xüsusiyyətlər bunlardır. Bunları oxuyub Litecoin haqda ətraflı məlumata sahib ola bilərsiniz. Daha yeni məlumatları isə Litecoin resmi saytından izləyə bilərsiz.