Bulud mədənçiliyi (cloud mining)

Bulud mədənçiliyi

Məşhurluğu artan mədənçilik sektorunda böyük oyunçular nəhəng obyektlər quraraq insanlara bu xidməti verə bilirlər. Bu xidmət sayəsində kifayət qədər texniki biliyə sahib olsanız belə bulud mədənçiliyi üçün bu biliklərə ehtiyacınız yoxdur. Siz “cloud mining” xidməti verən bir şirkətdən ömür boyu, ya da illik bir sahə icarəyə götürürsünüz, o şirkət isə etdiyi mədənçilikdən əldə etdiyi qazancın bir hissəsini özünə götürür, bir hissəsini isə sizinlə bölüşür. Diqqət ediləcək ən önəmli nöqtə icarə işləri görəcəyiniz şirkətin etibarlı olduğuna əmin olmağınızdır. Son illərdə “cloud mining” etdiyi fərz edilən bir çox şəxsi çətin vəziyyətə salan xeyli bəd niyyətli layihələr meydana gəlmişdir.

Ölkəmizdə bulud mədənçiliyi elədə populyar yayılmamışdır. Demək olarki günümüzdə bulud mədənçiliyi ilə məşğul olan, xidmət göstərən firma, web sayt yoxdur. Bununla belə siz xarici güvənilir saytarda öz yatırımızı edərək qazanc əldə edə bilərsiniz. Sizə ən etibarlı və test edilmiş bulud mədənçiliyi ilə məşğul olan saytların siyahısını təqdim edirik.