Kriptovalyuta mədənçiliyi ilə maraqlanan şəxslərin qarşılaşdığı ilk suallardan biri bu işi təkbaşına, yoxsa hovuza daxil olaraq görməsidir. Mədən hovuzlarının lehinə və əleyhinə onlarla arqument mövcuddur. Ancaq əgər Bitcoin şəbəkəsi daxilində hash nisbətinin paylanması kifayət qədərdirsə, çoxlu mədənçi hovuza qatılmağı üstün tutur. Aşağıdakı məsələlərə diqqət yetirək.

Müsbət və mənfi cəhətlər

Bir hovuza qatılıb-qatılmayacağınıza qərar vermək mərhələsindəsinizsə, onu lotereya kimi düşünə bilərsiniz. Müsbət və mənfi cəhətləri eynidir. Əgər təkbaşına mədənçilik etsəniz, mükafatınızı bölüşmək məcburiyyətində qalmazsınız və eyni zamanda zaman keçdikcə mükafatı qazanmaq ehtimalınız azalar. Hovuz şəklində mədənçilik etdikdə bir bloku həll edib mükafatı qazanmaq şansınız çox olsa da, mükafat hovuza qatılan insanlar arasında paylanacaq.

Bu səbəbdən təkbaşına bir bloku açarkən əldə etdiyiniz mükafatı qazanmaq şansınız az olsa da, hovuza qoşulmaq sabit gəlir təmin edir.

Bir mədən hovuzunun etməsi lazım olan vacib hal var: şəbəkənin hasing gücünün 50 %-dən çoxuna nəzarət edilməsi. Əgər bir qrup kriptovalyuta şəbəkəsinin 50 %-dən çoxuna nəzarət edərsə, nəzəri cəhətdən bu vəziyyət bütün şəbəkəyə ciddi zərbə vura bilər. 2014-cü ilin əvvəllərində bir çoxları GHash.io Bitcoin mədən hovuzunun bu səviyyəyə çatmaq üzrə olduğunu söylədi və mədənçilərin bu hovuzu tərk etmələri istənildi.

Növ çətinliyi

Bitcoin perspektivindən baxsaq, mövcud çətinlik səviyyəsi o qədər ağırdır ki, təkbaşına fəaliyyət göstərən mədənçilərin mənfəət əldə etməsi qeyri-mümkündür. Əlbəttə, əgər ASIC dəzgahları olan bir otağınız varsa və onlardan yaxşı istifadə edə bilirsinizsə, belə halda durum tam əksinədir. Ona sadiq olsanız, qısa zaman ərzində kiçik bir mükafat qazanmaq üçün hovuza daxil olmaq ən ideal yoldur. Hovuzlar kiçik miqyaslı mədənçilərin işə davam etməsini təmin etmək üçün təşviq edilirlər.

Qazana biləcəkləriniz

Sadəcə Bitcoin mədənçiliyi ilə iş bitmir. İstədiyiniz kriptovalyuta üçün mədən hovuzların siyahısını tapmaq olduqca asandır. Bitcoin-in sadələşdirdiyi mədənçilik üsullarından biri “birləşdirilmiş mədənçilik”dir. Bu yolla Bitcoin üçün açdığınız blokları eyni POW alqoritmini istifadə edən digər kriptovalyutalarda (Namecoin kimi) istifadə edə bilərsiniz. “Birləşdirilmiş mədənçilik”in nə olduğunu kobud təsvir etsək eyni sayda göstəriciləri bir çox fərqli lotereyaya yazmaq kimi başa düşmək olar.

Güclü təchizatı olmayan mədənçilər Bitcoin əvəzinə alternativ kriptovalyuta növlərinə – xüsusilə alqoritm kimi SHA256 əvəzinə Scrypt istifadə edən vahidlər – müraciət etməlidir. Bunun səbəbi hesablama çətinlikləri, adi kompüter prosessorlarının qabiliyyətindən artıq olmasıdır.

Hansı üsulla mədənçilik edəcəyinizə qərar verə bilmirsinizsə, “Multipool” (çoxlu hovuz) adlandırılan və mədənçilik təchizatınızı avtomatik olaraq ən çox mənfəət qazandıran kriptovalyuta növünə istiqamətləndirən bir hovuz sistemi mövcuddur. Multipool hər 30 dəqiqədən bir yenilənir və bir çox alternativ vahiddə qazancın artdığını görəcəksiniz. Lazım gələrsə, Multipool təchizatınızı yeganə alternativ vahidə kökləməyinizə imkan yaradır.

Lakin nu2pools-un nümayəndəsi Mark bu formada hovuz dəyişikliyi üçün bunları söyləyib:

“Loyal kriptovalyuta istifadəçiləri bu hovuzlara nifrət edir, çünki bir kriptovalyutanın çətinlik səviyyəsi düşəndə ​​gəlirliliyi artır. Sonra bütün hovuzlar oraya axın edir, bir neçə saat ərzində yenidən çətinlik səviyyəsini tərk edirlər. Bu hal loyal kriptovalyuta istifadəçilərini çox aşağı mənfəətlə çətinlik səviyyəsini yenidən düşünməyə çalışmağa məcbur edir”.

Hovuz mükafatları

Hansı hovuza qatılacağınıza qərar verərkən fərqli hovuzların ödənişləri necə ayırdığını və nə qədər əməliyat xərci aldığını araşdırın. Hovuzun ödəmə edə biləcəyi bir çox fərqli yol var. Bunların əksəriyyəti bir mədənçinin hovuza POW olaraq əlavə etdiyi “hissələrə” baxaraq təyin olunur.

Bu “hissələr” anlaşılması çətin olan nəsnədir. İki şeyi yadda saxlamaq gərəkdir: ilk olaraq mədənçilik şifrələnmiş pazlların açılma mərhələsidir; ikincisi, mədənçiliyin bir çətinlik mərhələsi var. Bunu bir keyfiyyət ölçüsü kimi düşünün. Əgər mədənçinin açdığı blokun çətinliyi bütün vahidin çətinliyindən çoxdursa, o vahidin blockchain-inə əlavə edilir və mükafat olaraq kriptovalyuta verilir.

Bundan əlavə, bir mədən hovuzu 1 ilə vahidin çətinlik səviyyəsi arasında balans yaradaır. Əgər mədənçi hovuzun və vahidin çətinlik səviyyəsi arasında bir bloku ötürürsə,blok “hissə” kimi qeyd olunur. Bu hissə blokların istifadə məqsədləri yoxdur. Sadəcə olaraq mədənçilərin blokları açdıqlarına, yəni işlədiklərinə dair sübut kimi göstərilir. Eyni zamanda, hovuza nə qədər əməliyyat gücü qatdıqlarını nümayiş etdirir – təchizat nə qədər yaxşı olarsa, daha ço hissə yaradar.

Bu şəkildə ödəniş paylamasının ən sadə versiyası “səhm üzrə ödəniş” (PPS) modelidir. Bu sistemdəki dəyişikliklər səhm üzrə ödənilən dərəcəni dəyişə bilər. Məsələn, bərabər paylaşılan maksimum hər hissəyə görə ödəniş (ESMPPS) və ya paylaşılan maksimum hər hissəyə görə ödəmə (SMPPS) kimi. Hovuzlar hansı mədənçinin daha əvvəl hissə əlavə etdiyini əvvəlcədən planlaşdırır.

Düşünülməsi lazım olan digər bir məsələ isə hovuzun mədənçilik ödənişlərinizdən nə qədər gəlir haqqı tutacağıdır. Ümumilikdə bu nisbət 1-10 faiz arasında dəyişir, bəzi hovuzlar isə pul tutmur.

Bir hovuzda mədənçiliyə başlamaq

Hansı vahiddə və hovuzda mədənçilik edəcəyinizə qərar vermisinzsə, artıq başlaya bilərsiniz. Hovuzun internet saytında bir hesab açmağınız kifayətdir. (Məsələn: Antpool.com) Bundan sonra bir worker, yəni “işçi” yaratmağınız lazımdır. İstifadə etdiyiniz hər mədənçilik qrupu üçün birdən artıq işçi yarada bilərsiniz. Əksər hovuzlardakı qayda bu işçilərə ad olaraq nömrə və şifrə olaraq “x” qoyulmasıdır. Lakin bütün bunlar şəxsi istəyinizə uyğun dəyişə bilər.