Siz Bitcoin-i dollar və ya digər rəqəmsal olmayan valyutalar ilə ala bilərsiniz (hansılar ki, bəzən “fiat” valyutalar deyə adlandırılırlar). Bankınız vasitəsilə bunu onlayn olaraq da həyata keçirmək mümkündür; siz sadəcə öz yerləşdiyiniz ərazi üçün uyğun olan onlayn pulqabı tapmalısınız.

Bitcoin almaq

Portmanat.az Azərbaycanda tək elekton pul qabı olmaqla yanaşı müştərilərinə Bitcoin almaq və ya satmaq üçün şərait yaradan tək sistemdir deyə bilərik. Bitcoin almaq üçün öncəliklə Portmanat hesabınızı Plastik kart, MilliÖN, eManat, Webmoney və s. metodlarla artırmalısınız. Daha sonra “Ödənişlər” bölməsindən “Elektron pulqabı” => “Bitcoin” seçərək ödəniş edə bilərsiniz. Elavə komissiya 10%-dir.

247exchange.com Bitcoin almağın müxtəlif üsullarını təklif edir. Siz Bitcoin-i kredit və ya debit kartınız vasitəsilə dərhal ala bilərsiniz, həmçinin Visa, Visa Elektron, MasterCard, Maestro kartlar da (ön ödəməli olanlar da daxil olmaqla) dəstəklənir. Həmçinin siz Bitcoin-i nağd olaraq dünyanın 400000-dən artıq məkanlarından da əldə edə bilərsiniz (Azərbaycanda mümkün deyil). Bank yolu ilə köçürmə üsulundan da rahatlıqla istifadə edə bilərsiniz. Şirkətin maliyyə lisenziyası mövcuddur, hansı ki, maliyyə əməliyyatları həyata keçirdikləri zaman müştərilərin maraqlarının təhlükəsizliyini təmin edir.

Coinbase ən məşhur veb pulqabısıdır, hansı ki, Birləşmiş Ştatların bank hesabları ilə dərhal əməliyyat aparır və ödəniş üçün Bitcoin-i fiat ilə mübadilə etməyə sizə imkan yaradır. Siz ya hesabınıza daxil olmaqla , ya da kredit kartınızı daxil etməklə daha sürətli alışlarlar edə bilərsiniz.

Cex.io Azərbaycanda istifadəsinə görə ən məşhur kriptovalyuta alqı-satqı platformasıdır. Bitcoin almağın ən rahat yolu sistemə plastik kartı bağlamaqla mümkündür. Şəxsiyyət vəsiqənizi ora göndərməklə tətbiq olunan limitləri də aradan qaldıra bilərsiniz.

Bittylicious Birləşmiş Krallıq üçün yaxşı bir alternativ yoldur, lakin o, başqa heç bir yerdə əlverişli deyil. Bitstamp SEPA pul köçürmələri sistemini dəstəkləyən hər hansı millət ilə mükəmməl işləyir (əksər Avropa Birliyi ölkələri və bəzi başqaları). Bununla yanaşı, siz kimliyinizi şəxsiyyət vəsiqəsi şəkliniz ilə təsdiqləməli və həm də yaşayış ünvanınızı təsdiq etməlisiniz. Xidmət həm də beynəlxalq dərəcədə işləyir, lakin Bitcoin-in çıxarılması və ya alınması üçün əlavə ödəniş etməlisiniz.

CoinJar Coibase ilə eyni biznes strategiyasını izləyən, Avstraliyalılar üçün mühüm bir mübadilə formasıdır. Yeni Zenlandiyada yaşayan Bitcoin həvəskarları üçün BitNZ mövcuddur. O hələdə özünün erkən mərhələlərindədir, lakin Yeni Zenlandiya bank hesabları ilə işləyə biləcək ən qanuni fiat-Bitcoin və Bitcoin-fiat mübadilə üsulu olacağı gözlənilir.

LocalBitcoins demək olar ki, hər yerdə istifadə oluna bilən alternativdir. Orada siz, üstünlük verdiyiniz hər hansı bir şərtlə razılaşacaq potensial Bitcoin satıcısı tapa bilərsiniz. Nağd, kredit kartı, telefon ilə pul köçürmə, Paypal – bunlar hamısı LocalBitcoins-də olan ödəniş üsullarıdır və onlar yalnız sizin digər ucdakı insana nə qədər güvənməyiniz ilə məhdudlaşır. Bunlar OTC (təzgah üzərindən) əsnaflar adlandırılır və onlar riskli ola bilir, lakin LocalBitcoins riskləri azalda biləcəyiniz əmanət xidməti təklif edir.

Əgər siz alternativ kriptovalyutaları (altcoin) ya alqı-satqı ilə, ya da mədənçiliklə əldə etmisinizsə, siz onlarla daima kriptovalyuta mübadilələri olan Bittrex vasitəsilə alqı-satqı edə bilərsiniz. Lakin əgər siz əhəmiyyətli miqdarda altcoins əldə etmisinizsə, siz çox güman ki, bitcoin-ləri haradan və necə alacağınızı artıq bilirsiniz.

Bitcoin almaq ATM (bankomat) vasitəsilə nağd pul çıxarmaq qədər asan ola bilər. Belə texnologiyalar artıq mövcuddur. Coinatmradar.com sizə Bitcoin ATM-lərini (həmçinin BTM olaraq da tanınır) yerləşdiyiniz yerdən asılı olaraq tapmaqda kömək edəcək. Təəssüflər olsun hələlik Azərbaycanda bu ATM-lərə rast gəlmək mümkün deyil.

ABŞ-ın qərb sahillərində nəzərə çarpacaq sayda Bitcoin ATM-ləri mövcuddur. TX əksər hallarda texniki mərkəz kimi tanınır və şəhər mərkəzində iki Bitcoin ATM-si olduğu halda performansı gücləndirir. Siz ATM-lərə həmçinin Kanzasın şəhərətrafı ərazilərində və Bostonun yaxınlığında rast gələ bilərsiniz (haradakı MIT project yerləşir). Bu ATM-lərdən bəziləri sizə bitcoin-lər üzrə nağd pul xərcləməyə və əksəriyyəti isə həm də nağd qarşılığında bitcoin-lərinizi satmağa imkan verəcək.